Özəl:

Açıq havada edilə biləcək ən ideal idman hərəkətləri



Açıq havada edilə biləcək ən ideal idman hərəkətləri
Yay aylarının ən gözəl xüsusiyyətlərindən biri də açıq havada idman edə bilmə imkanıdır.
Səhər tezdən və ya günəş batdıqdan sonra təmiz havanı içinizə çəkərək idman etməyin verdiyi həzz tamamilə başqadır.
Bəs bu zaman hansı idman hərəkətlərini etsək, daha çox zövq alar və bədənimizi formaya sala bilərik?
Herbalife Türkiyə idman məsləhətçisi Ebru Karaduman yayda formada qalmaq istəyənlər üçün açıq havada edilə biləcək ən keyfiyyətli 5 məşqin detalları barədə məlumat verib.

Gəzinti, velosiped və konki sürmək
Yayda idman zalına getmədən və ya hər hansı idman alətinə ehtiyac duymadan da açıq havada kalori yandıraraq bədən quruluşunu formada saxlamaq olar. Açıq havada oksigenin pozitiv enerjisi idman məşqlərinin bədəninizə təsir dərəcəsini də artırır.

Açıq havada edilə biləcək ən əsas məşqlər hansılar ola bilər?
Ebru Karaduman açıq havada məşqlərə nümunə olaraq 30 dəqiqə gəzinti, yüngül tempdə qaçış, velosiped və konki sürmə, üzmə, dırmanma kimi yağ yandıran hərəkətləri göstərib.
Vəziyyətinizə və zövqünüzə əsasən tətbiq etdiyiniz ürək fəaliyyətlərindən sonra açıq havada bəzi məşqlərlə qısa müddət ərzində bədən quruluşunu formaya salmaq mümkündür.
Beləliklə, bədəninizi formada saxlayacaq 5 açıq hava hərəkəti:

Pilləkənlərlə çıxıb-düşmə:
Ayaq və omba əzələlərinizi çalışdırdığınız zaman həmçinin yağ yandırmağınızı da təmin edəcək bir idman hərəkətidir (maksimum 15-20 dəqiqə etməlisiniz).

Supermen hərəkəti:
Bu hərəkət kürək əzələlərinizi inkişaf etdirəcək. Yerə üzüstə uzanın və əllərinizi ovuclarınız yerə dəyəcək şəkildə irəli uzadın. Ayaqlarınızın düz vəziyyətini pozmadan ayaqlarınızı yuxarı qaldırın. Əzələlərinizdə ağırlıq hiss edənə qədər bu vəziyyətdə qalmağa çalışın. Daha sonra rahatlayın və hərəkəti təkrar edin (2 yanaşmada 20 dəfə təkrar etməlisiniz- hər yanaşmada 10 dəfə).

Omba qaldırma hərəkəti:
Bu hərəkət sayəsində kürək, bel və qol əzələrinizi inkişaf etdirə bilərsiniz. Arxası üstdə uzanıb dizlərinizi qatlayın. Əlləriniz yerə paralel şəkildə olmalıdır. Bu vəziyyətdə ombanızı yuxarı qaldırın. Əzələləriniz yorulana qədər bu şəkildə qalın və sonra rahatlayın (özünüzü boşaldın). (2 yanaşmada 10 dəfə təkrar etməlisiniz)

Dizləri qarına çəkmə hərəkəti:
Bu hərəkət sayəsində ayaqlarınız və ombalarınız çalışmaqla yanaşı qan dövranınız da sürətlənəcək. Olduğunuz yerdə qalaraq nəfəs alıb-verin və hər nəfəs alıb-verərkən sağ və sol ayaqlarınızı növbəli şəkildə qarnınıza doğru bükərək qaldırın. Hərəkəti getdikcə sürətləndirə bilərsiniz (sağ və sol ayaq üçün 2 yanaşmada ümumilikdə 30 dəfə təkrar etməlisiniz).

5- Criss Cross (dirsək dizə) hərəkəti:
Döşəkçəyə arxası üstdə uzanın və ayaqlarınızı 90 dərəcədə masa vəziyyətinə gətirin. Əllərinizi üst-üstdə birləşdirib boynunuzun arxa tərəfinə (peysərinizə) qoyun. Nəfəs alarkən qarnınızı yaxşıca içəri çəkin və nəfəs verərkən kürək sümüklərinizin ucuna qədər qalxıb onurğanızı tam halda sağa döndərin.
Onurğanı sağa döndərərkən çarpaz, yəni sol dizinizi sol dirsəyinizə yaxınlaşdırın, sağ ayağınızı irəliyə doğru 45 dərəcə bucaq altında uzadın. Diz və ayaqlar tam tərs istiqamətdə olmalıdır. Bu hərəkət daxildəki qarın əzələlərini və eyni zamanda yan qarın əzələləri olan maili əzələləri də çalışdırır (sağ və sol ayaqlar üçün 2 yanaşmada ümumilikdə (cəmi) 15 dəfə təkrar etməlisiniz).

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər