Özəl:

Kişilərdə immunoloji sonsuzluq



Kişilərdə immunoloji sonsuzluq
Hər bir kişi bilir ki, qasıq nahiyəsi istənilən zərbələrə qarşı çox zərif hesab olunur.
Xayaların güclü əzilmələri, cırılmaları, kəsikləri, bir çox hallarda, xüsusən də travmadan sonra həkimə müraciət etmədikdə sonsuzluğa səbəb ola bilir. Belə hal immunoloji sonsuzluq adlanır. Bəs bu necə baş verir?
İmmun sistem - doğulan gündən etibarən "öz hüceyrələri” ilə "yad hüceyrələri” (viruslar, infeksiyalar, xərçəng hüceyrələri və s.) ayırmağı öyrənir. İnsan doğulan an onun orqanizmində olan hər bir şey onun "özününkü” hesab olunur, digərləri isə - "yad” hesab olunaraq məhv edilməlidir.
Aydındır ki, oğlan uşağı doğulan kimi onun orqanizmində spermatozoidlər olmur; onlar yalnız yeniyetmə yaşlarında yaranmağa başlayırlar. Bu zaman onlar orqanizmin digər hüceyrələrindən xeyli dərəcədə fərqli olurlar – onların daxilində olan xromosomlar sayca iki dəfə az olur. Nəticədə immun sistem onları "yad” kimi qəbul edir. Ancaq sağlam kişi orqanizmində spermatozoidlər immun sisteminin "hücumlarından” etibarlı şəkildə müdafiə olunurlar. Spermatozoidlər immunoqlobulinləri və limfositləri (immun sistemi hüceyrələri) daxilinə buraxmayan xayaların xüsusi toxum kanallarında inkişaf edirlər. Bundan başqa, toxum kanallarında xüsusi maddə də ifraz olunur ki, bu maddə də möcüzə olaraq xayaya daxil olan limfositləri məhv etmək qabiliyyətinə malik olur. Ancaq xaya nahiyəsinə olan hətta ən zəif zərbə nəticəsində belə, bu təbii müdafiə səddinin pozulması baş verə bilər ki, bu zaman immun sisteminin hüceyrələri xayaya asanlıqla daxil olaraq spermatozoidləri məhv etməyə başlayırlar. Spermanın müayinəsi zamanı, normada onun tərkibində olmayan antispermal anticisimlər aşkar olunarsa, həkimlər xəstəyə immunoloji sonsuzluq diaqnozunu qoyurlar.
Müxtəlif döyüş növləri, güləşlə məşğul olan idmançılarda və velosiped sürənlərdə xayalıq üzvlərinin tez-tez baş verən travmaları və əzilmələri nəti-cəsində, immunoloji sonsuzluğun inkşaf etmə təhlükəsi daha çox olur.
İmmunoloji sonsuzluq zamanı həkimlər əksər hallarda süni mayalanma üsuluna müraciət olunmasını tövsiyə edirlər.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər