Özəl:

Bel çəkdirmək. Cəfəngiyatla "müalicə"



Bel çəkdirmək. Cəfəngiyatla
Hal hazırda cəmiyyətimizdə sonsuzluq çox ciddi həm tibbi, həm də sosial problemə çevrilib.
Uzun illər ərzində sonsuzluğu müalicə edən və heç bir nəticə almayan ailə cütlükləri çoxdur. Təəssüf ki, belə ailə cütlüklərin vəziyyətlərindən süi-istifadə edərək haram pul qazanan insanlar də az deyil. Bu insanların bir hissəsini müxtəlif "şəfavericilər", "ara həkimlər" təşkil edir. Bu insanların böyük əksəriyyəti insan anatomiyası və fiziologiyasından tam bixəbərdir. Belə "həkimlər" sonsuzluğu yalnız bir üsulla "bel çəkdirməklə" müalicə edir. Sonsuzluğu olan qadın müraciət etdikdə, "şəfaverici" ilk baxışdan ona "bel boşluğu" diaqnozu qoyur. Bu diaqnozun "mənasını" soruşduqda isə heç bir məntiqli izahat vermir. "Şəfavericilərin" elmdən, tibbdən və  ümumillikdə adi məntiqdən uzaq olan ifadələrdən belə anlamaq olur ki, sonsuzluğun yeganə səbəbi qadında belin "zəif" olmasıdır. Onlar isə bu zəifliyi aradan götürür, əyri uşaqlığı düz edir, "yerinə qoyurlar". Bu cəfəngiyatdır.
İlk növbədə qadınların əksəriyyətində uşaqlıq kiçik çanaq boşluğunda ideal düz vəziyyətdə yerləşmir - uşaqlıq bir qədər qabağa, sidik kisəsi tərəfə əyilmiş olur. Bu normaldır. Lakin bir çox qadınlarda uşaqlıq bir qədər arxaya, sola və ya sağa doğru əyilmiş olur. Əvvəllər tibbdə uşaqlığın belə yerləşməsi sonsuzluğun səbəbi kimi qiymətləndirilirdi. Lakin tibb inkişaf etdikcə bu nöqteyi-nəzərin yanlışlığı sübut olunub. Özü-özündən uşaqlığın əyilməsi adətən sonsuzluğa gətirib çıxartmır. Bir çox hallarda qadınlar öz orqanizmlərin bu xüsusiyyətini heç bilmir və uğurla hamilə qalır və uşaq doğurlar. Yalnız çox ağır hallarda (belə hallara çox az rast gəlinir) qadında uşaqlığın anormal yerləşməsi sonsuzluğa səbəb ola bilər. Belə qadınlar düz bağırsağına olan təzyiq, omba sümüyündə ağrı hiss edir, qəbizlikdən əziyyət çəkirlər, onlarda menstruasiyalar ağrılı olur və s. Lakin bu halda uşaqlığın əyilməsi qadında olan digər pozulmalar nəticəsində meydana çıxır (infeksiyaların nəticəsində bitişmələrin əmələ gəlməsi, şişlər və s.) və əslində bu pozulmalar sonsuzluğun inkişafının əsl səbəbləridir.
Beləliklə, indi biz bilirik ki, uşaqlığın əyilməsi sonsuzluğun səbəbi sayılmır.
Keçirik növbəti cəfəngiyata. "Müalicə" zamanı "şəfaverici" qadının belini kip bağlamaqla  onun uşaqlığını "yerinə qoyur". Əziz xanımlar, bu "üsulla" uşaqlığın yerini dəyişmək, onu "düzəltmək", qaldırmaq və s. mümkün deyil. Ancaq onurğa sütunu problemləri, ağrılar və s. problemlər qazanmaq mümkündür. Bu "əməliyyatı" keçən qadınların əksəriyyəti uzun müddər ərzində bel ağrılardan əziyyət çəkir...
Maraqlıdır ki, müasir zamanda, yüksək texnologiyalar olan dövrdə bizim cəmiyyətdə çöpçü, sınıqçı, "bel çəkdirmək" kimi anlayışlar qalmaqdadır və onlara inanan, üz tutan insanlar tapılır. Xaricilər demişkən, no comments.

loading...
Offline
  • Şərh №: 1
  • 12 iyun 2015 09:51
  • Xəbər sayı: 0
  • Şərh sayı: 51
Men etdirmediyim mualice qalmadi artig umudum uzulmuwdu axirda bir arvad var onun yanina getdim qarnimi ve belimi cekdi dedi yarpiz demle ic bu ay qalasa elede oldu hemin ay hamile qaldim Allaha and olsun baldizimin 4il uwagi olmuyub o arvad belin ceken ay qalib.kim nece inanir bilmirem men inaniram subutda indi 4ayliq hamileyem

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər