Özəl:

Servikal kanal (uşaqlıq boynu) seliyinin müayinəsi



Servikal kanal (uşaqlıq boynu) seliyinin müayinəsi
Qadınların servikal kanal seliyinin müayinəsi də çox vacib müayinələrdən biridir. Normal servikal selik (uşaqlıq boynu tərəfindən hazırlanır) – mayalanmanın müvəffəqiyyətlə keçməsi üçün əsas şərtlərdən biridir.
Ovulyasiyadan bir neçə gün əvvəl və ovulyasiya günü servikal selik daha çox sulu olur ki, bu da spermatozoidlərin uşaqlığa keçməsini asanlaşdırmış olur.
Bu dövrdən sonra selik qatılaşaraq, uşaqlıq boşluğunu infeksiyaların daxil olmasından qorumaqla yanaşı, həmçinin spermatozoidlərin də uşaqlığa daxil olmasına maneçilik yaradır. Servikal kanal seliyinin müayinəsi ovulyasiyadan bir neçə gün əvvəl və ya ovulyasiya günü aparılır.
 
Aşağıdakı hallarda servikal seliyin tərkibindəki pozğunluqlar sonsuzluğun baş verməsinə səbəb ola bilər:

- ovulyasiya günü servikal selik qatı olduqda, spermatozoidlərin uşaqlığa daxil olmasına maneçilik yaradır;
- uşaqlıq boynu vəziləri kifayət qədər selik ifraz etmədikdə (bu da spermatozoidlərin uşaqlığa çataraq oraya daxil olmasına imkan vermir);
- ovulyasiya günü servikal seliyin turşuluq dərəcəsinin normadan xeyli artıq olması, oraya daxil olan spermatozoidlərin məhv olmasına səbəb olur.
Uşaqlıq boynu seliyinin normal tərkibinin dəyişilməsinin səbəbi, uşaqlıq boynunda olan xroniki iltihabi xəstəliklər və qadın orqanizmindəki hormonal pozğunluqlar ola bilər. Bəzi hallarda uşaqlıq boynunda olan selik ifraz edən vəzilər abort və ya hər hansı cərrahi müdaxilə nəticəsində zədələnə bilərlər. Bu da sonradan servikal seliyin tərkibinin dəyişməsinə səbəb ola bilər.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər