Özəl:

Sonsuzluğun çarəsi tapıldı



Sonsuzluğun çarəsi tapıldı
Aparılan araşdırmalar aspirinin sonsuzluğa çarə ola biləcəyini ortaya çıxarıb. ABŞ-da 128 min xəstənin iştirak etdiyi araşdırma sübut edib ki, aspirin qadının hamilə qalmaq şansını artırır. Bu günə kimi, adətən, soyuqlama, baş ağrısı və revmatizm ağrılarına qarşı istifadə edilən aspirinin bundan sonra ana olmaq istəyən qadınların müalicəsində də əhəmiyyətli yer tutacağı ehtimal edilir. Alimlərin sözlərinə görə, aspirin yumurtalıqlara daha çox qan getməsini təmin etdiyi və ana bətnini möhkəmləndirdiyi üçün uşaqsalma hallarının qarşısını alır. Həkimlər bildirirlər ki, süni mayalanma üsuluna müraciət edən qadınlar da aspirindən istifadə etməlidirlər.
 
Ancaq aspirinin mənfi xüsusiyyətləri də var. Ona görə də, onu həkimlə məsləhətləşdikdən sonra qəbul etmək lazımdır. Mədə problemlərindən və astmadan əziyyət çəkənlər isə, ümumiyyətlə, aspirindən uzaq durmalıdırlar.
 
Xatırladaq ki, alimlər bundan əvvəlki araşdırmalarında da aspirinin xərçəng xəstəliyinə qarşı mübarizədə faydalı olduğunu iddia etmişdilər.
 
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər