Özəl:

Kişilər üçün ən faydalı qidalar



Kişilər üçün ən faydalı qidalar
Hamiləliyə təsir edən ən mühüm amillərdən biri sperma sayının keyfiyyətli olmasıdır. Bu problemin qarşısını almaq üçün mütəxəssislər ata olmaq arzusunda olan kişilərə sperma artıran qidalardan yeməyi təklif edir. Bəs həmin qidalar hansılardır?

Sperma sayını və keyfiyyətini artıran qidalar hansılardır?
Pomidor: Pomidorun tərkibində likopen maddəsi var. Likopen spermanın aktivliyini yaxşılaşdırır, quruluşunu və fəaliyyətini artırır.

Qoz: Sağlam kişinin sperması müxtəlif yağlı turşulardan ibarətdir. Omeqa 3 yağ turşuları baxımından zəngindir. Aparılan tədqiqatlara əsasən, qozun tərkibindəki yüksək miqdarda omeqa 3 turşuları spermanın böyüklüyünə təsir göstərir. Omeqa-3 turşusu qan dövranını yaxşılaşdırır və cinsi orqanlara qan axınını təmin edən cinsi funksionallığa müsbət təsir edir. Həmçinin, krab, krevetka, cücə yeməyiniz məsləhətdir.

Balqabaq tumu: Balqabaq tumu sinklə zəngindir. Sink çatışmazlığı testosteron və sperma azlığına səbəb ola bilər. Sperma inkişafında və testosteron istehsalında mühüm rol oynayır. Sink bir çox məhsullarda, həmçinin yoqurt, mal əti, yulafda olur.

Avokado: Fol turşusu - kişi və qadın cinsi həyatı üçün olduqca vacibdir. Bu turşunun orqanizmdə azlığı patologiyalı övladların dünyaya gəlməsinə səbəb ola bilər. Kişinin qanında fol turşusu azlığı zamanı spermada xromosom anomaliyası baş verə bilər. Avokado isə fol turşusu ilə zəngin qida sayılır.

Qarağat: Antioksidant tərkibli qarağat tərkibindəki faydalı maddələr sayəsində sağlam sperma yaranmasını təmin edir.

Nar: Nar ən çox antioksidant tərkibli meyvələrdən biridir. Libidonu, sperma keyfiyyətini və sayını artırır.

Qara şokolad: Şokoladın tərkibindəki antioksidantlar azad radikalları məhv edərək spermanın sayını və keyfiyyətini artırır. 

Bibər: Spermatozoidlərin sayını və keyfiyyətini artırmaq üçün yaşıl tərəvəz, simirinka alması, xiyar, yaşıl bibər yeməlisiniz.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər