Özəl:

Təzyiqi normada saxlamağın üç sadə yolu



Təzyiqi normada saxlamağın üç sadə yolu
Arterial təzyiqin daim yüksək olması orqanizmdə bir çox orqan və sistemlərə (ürək-damar sistemi, böyrəklər, gözlər və s.) ciddi ziyan vurur, insult və infarktın inkişafına səbəb olur.

Bu səbəbdən insan təzyiqinə daim nəzarət etməli və təzyiqi normada saxlamağa çalışmalıdır. Adətən təzyiqi normada saxlamaq üçün xüsusi dərman preparatları istifadə olunur. Lakin mütəxəssislər sübut edir ki, bəzi çox sadə qaydalara riayət etməklə təzyiqi dərmansız da tənzimləmək mümkündür.

Bu üsullar arasında:

- Arıqlamaq. Bədən çəkisinin hətta 1 kq azalması təzyiqin azalmasına kömək edir.

- Duzun qəbulunu azaltmaq. Duz insan orqanizmi üçün çox vacibdir və duzdan tam imtina etmək olmaz. Son araşdırmalar aşkar edib ki, duzdan tam imtina hətta insanın ölümünə səbəb ola bilər. Lakin həddindən artıq miqdarda duzun qəbulu orqanizmdə mayenin çıxmasına mane olur ki, nəticədə orqanizmdə mayenin həcmi artır. Bu isə təzyiqin artmasına səbəb olur.

- İdmanla məşğul olmaq. Mütəxəssislər sübut edir ki, həftədə 5 dəfə 30 dəqiqə ərzində bədən tərbiyəsi ilə və hətta tez yerişlə məşğul olan insanın təzyiqi 10 mm.c.st. düşür.
Offline
  • Şərh №: 1
  • 30 mart 2017 12:50
  • Xəbər sayı: 211
  • Şərh sayı: 1240
MENİM CEKİM NORMALDİR YASİMA GORE AZDİR HELE. YEMEKLERİ HEMİSE DUZSUZ EDİREM . İDMANLA COXDA MESQUL OLMURAM AMMA VAXTİM OLMUR CUNKİ

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər