Özəl:

Xəyanət edən kişinin yalanları



Xəyanət edən kişinin yalanları
Yeni texnologiyalar və yalan - Kişilər artıq cib telefonlarını da pis əməllərinə daxil ediblər.  Məsələn, sizə zəng edib "tıxacda qaldım, metroyadayam” kimi yalan danışa bilər. Hazırda telefonlarda həmin məkanların səslərini qarşı tərəfə dinlədə bilən proqramlar var. Bu cür bəhanələri tez-tez gətirirsə, şübhələnməkdə haqlı ola bilərsiniz.

Kişi adları - Kişilər yalanları gizlətmək üçün qız rəfiqələrinin adlarını oğlan adı kimi qeyd edir. Yəni, dostundan tez-tez gəldiyini iddia etdiyi mesaj əslində, başqasından ola bilər.

Birdən-birə poeziyaya maraq göstəribsə -  Başqa bir qadına vurulan kişilər romantik və daha həssas olur. Tez-tez öz-özünə şerlər oxuyursa, deməli məsələ ciddidir.

Az danışan sevgili - Sevgiliniz, ya da həyat yoldaşınız sizinlə artıq əvvəlki kimi danışmırsa, bir problem var. Çünki sadiq kişilər həyat yoldaşları ilə söhbət etməkdən çəkinmir. Sizinlə hər mövzuda söhbət edə və müzakirə apara bilər. Bunun səbəbi isə digər kişilərin əksinə, gizli saxladıqları və təsadüfən deyə biləcəkləri yalanın olmamağından irəli gəlir.

Diqqət göstərməyən sevgili - Xəyanət edən kişilərin qadınına qarşı diqqəti getdikcə azalır. Lakin etdiyi hərəkətdən peşmandırsa, həddindən artıq diqqət çoxluğu da görə bilərsiniz. Sadiq sevgili üçün dostları ilə keçirdiyi vaxtdansa, sizinlə keçirdiyi vaxt daha önəmlidir. Bir kişi sizi dostlarından nə qədər üstün tutursa, xəyanət riski də bir o qədər azdır.

Romantik sevgili - Xəyanət etməyən kişi, sizinlə gözəl anlar yaşamaq istəyir. Daha əvvəl birlikdə getmədiyiniz yerlərə aparır. Sizi təəccübləndirmək üçün sürprizlər edir. Onun sizdən başqasına ehtiyacı yoxdur.

Konstruktiv sevgili - Sizinlə mübahisə edən kişidən qorxmayın. Davamlı olaraq bir şeydən danışması, problemləri düzəltmək istədiyini bildirir. Xəyanət edən kişinin əksinə, canının sıxıldığı mövzular olduğu zaman problemi həll etmək yerinə, başqa qadının yanına qaçmırlar.

Dərdləşən sevgili - Dinləməkdən zövq alır, sizi narahat edən mövzuları həll etməyə çalışırsa, qorxulu bir şey yoxdur. Çünki belə kişilər sizi kədərləndirən işlər görmürlər.
loading...
Offline
  • Şərh №: 2
  • 7 yanvar 2015 18:27
  • Xəbər sayı: 16
  • Şərh sayı: 356
rastlamamisam ona gore hecne deye bilmerem
Offline
  • Şərh №: 1
  • 5 yanvar 2015 15:35
  • Xəbər sayı: 0
  • Şərh sayı: 83
Yeni goresen o gun olacaq ki esidimki dunyanin hansisa olkesinde arvadinaa omru boyu xeyanet etmemis bir kisi yasiyir.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər