Özəl:

Xəyanət və boşanma...



Xəyanət və boşanma...

Bu gün əksər gənclərin məcburiyyət olmadan nikah bağlamalarına baxmayaraq, ailə səadətinə nadir hallarda rast gəlinir.

Xəyanət və boşanmalar ifrat həddinə çatıb. Bəs bunun real səbəbi nədir? Niyə seçdiyimiz insanla sevinərək ailə qurur və bədbəxt olub boşanırıq?

Facebook və virtual münasibətlər
"İndi insanların ünsiyyət üçün əhatə dairəsi genişdir. İnsanlar bir-biri ilə sosial şəbəkələrdə tanış olurlar. Əvvəllər isə belə şeylər yox idi. Hamı internetdə özünü nümunəvi göstərməyə çalışır. Fikir versəniz, istifadəçilərin çoxu öz şəklini qoymur. Hansısa aktrisanın və ya müğənninin şəklini qoyur. Virtual münasibətdə daha üstün görünmək istəyi bu münasibəti maraqlı edir”, - deyə psixoloq Lalə Əhmədova Milli.Az-a bildirdi: "İnkişaf hesab olunsa da, internetin virtual münasibətlərə şərait yaratması boşanma və xəyanətlərin sayının artmasına səsəb oldu”.

Boş-boş xəyal qurmaq
Subay vaxtı görüşə gedəndə oğlan və qız səliqəli olur, bir-biri ilə yaxşı davranırlar. Ailə içərisində isə tamamilə fərqli olurlar. Xanımlar yorğun da olur, makiyajsız da olur. Ailə qurana qədər oğlan və qız bir-birini ancaq "qonaq gedən” vəziyyətində görüblər. Evdəki halında görməyiblər. Çox vaxt da bu, münasibətləri soyudur.

L.Əhmədova qeyd edib ki, ailə qurmamışdan əvvəl insanlar beyinlərində ailə həyatı haqqında müəyyən fikirlər formalaşdırırlar: "Həmin fikirlər qurduğu ailə ilə üst-üstə düşməyəndə problemlər yaranır. Beyində müqayisə başlanır. Çünki ailə qurmamışdan əvvəl beynində xoş şeylər canlandırmışdı, amma onun əvəzinə problemləri gördü”.

Onun fikrincə, ailəni qorumaqda əsas amil keçid dövrünü adlamaqdır: "Ən çətini ailə həyatının ilk illəridir. Yeni ailəyə adaptasiya olmaq, onun qaydalarına uyğunlaşmaq vaxt tələb edir. Bir insanın buna dözümü yoxdursa, heç cür yeni qaydaları qəbul edə bilmirsə, ailəsi dağılır. Onlar yeni ailəyə uyğunlaşmaq əvəzinə daim "Bizim ailədə belə deyildi!”, "Mənim atam belə deyildi” və s. düşünür, özlərinə və ətrafdakılara əzab verirlər”.

Əsas problemlər bundan sonra başlayır
Gənclər öz aralarındakı münasibəti qaydasına qoya bilərlər, amma aralarına kimsə girəndə, yəni ki, qayınana vəziyyət bərbad olur. İndi əksər gənclər ayrı yaşamaq istəyir. Ona görə ki, özlərini müəyyən çətinliklərə hazır hiss etmir.

Psixoloqun dediyinə görə, qayınana gəlini evə gələn əziz qonaq kimi qəbul etməlidir: "Qonaq sizin evə gəldikdə durub hər şeyi özü etməyə başlayırmı? Yox. Siz ona qabların, fincanların yerini göstərir, ona çay içməyi təklif edirsiz. Qayınana gəlinə doğmalığı hiss etdirməlidir. Bunun əksinə olaraq, qabların, stəkanların yerini bilməyən qonaqdan gedib stəkanları gətirməyi tələb edirik. Bu nə qədər məntiqsizdir? Əgər qayınana gəlinə ailənin bir üzvü kimi yanaşsa, ona hər şeyi doğmaya başa saldığı kimi desə, ailədə söz-söhbətlər bitər”.

Qayınana ər və arvad arasındakı münasibətə qarışmamalıdır. Anlamalıdır ki, artıq ailəmin tərkibində kiçik bir ailə var. Qadın harasa gedəndə və ya nəsə etmək istəyəndə yalnız həyat yoldaşından icazə almalıdır. Onun qayınana, qayınata, evdə kim varsa, hamıdan icazə almağa ehtiyacı yoxdur. Onda elə çıxır ki, hələ də bu ailə qəbul olunmayıb.

Fikir versəniz, ailə söz-söhbətləri arasında qayınatanın obrazı kənarda qalır. Çünki qayınata ailəyə gələn qonağı daha yaxşı başa düşür. Onlar birlikdə mətbəxi paylaşmırlar. Bir qadının hakimiyyəti onun mətbəxində olur. Gəlin isə artıq mətbəxə şərik gəlir.

Müsahibim bildirib ki, bəzi ailələrdə mətbəxi qayınana idarə etməyə davam etsə də, bir müddətdən sonra şikayətlənməyə başlayır: "Yaxşı, onda sən gəlinə niyə imkan vermədin ki, heç olmasa yardımçı formasında yanına keçsin”.

""Gəlin evin süpürgəsidir” kimi düşünən ailələr də çoxdur. Hər işi gəlinin üstünə atırlar. Evə əziz qonaqmı gəlir, yoxsa ev yığışdıran? Məlum deyil. Gəlinin tutaq ki, 21 yaşı var. Əlbəttə ki, onun təcrübəsi səninki qədər deyil”, - deyə psixoloq əlavə edib ki, əgər gəlin və qayınana az-az görüşürlərsə, o zaman ailələrdə konfliktlər daha az olur.

Onun sözlərinə görə, ailə qurarkən yaşa da fikir vermək lazımdır. Çox erkən yaşlarda və ya gec qurulan ailələr də tez qırılır. Çox gec olduqda, artıq şəxs hər şeyə görə danışmağa, qıcıqlanmağa başlayır. Özünün müəyyən problemləri yaranır. Orta qızıl həddi tapıb həmin vaxt ailə qurmaq daha önəmlidir.

Sonsuzluq problemi
Bu gün ailələrin əksəriyyəti sonsuzluq probleminə görə dağılır. Psixoloq bildirib ki, sonsuzluqdan əziyyət çəkən bir çox pasientlərimiz xarici ölkələrdə həkimlərə gediblər: "Həkimlərin qoyduğu diaqnoz isə psixoloji problemlər olub. İnsan gərgin və narahat olanda, stress keçirəndə bu, uşaq dünyaya gətriməyə də mane olur”.

Ailənin sonuna çıxan yoxsulluq
Yoxsulluğa görə də boşanan və ya xəyanəti seçənlər var. Bəzi insanlar pulun hesabına müəyyən boşluqları doldurmaq istəyirlər. Pula görə xəyanət edir və ya həyat yoldaşları kasıb olduğu üçün onu atır.

Elə də ailələr var ki, qadın işləyir, kişi isə avaradır. Kişinin ailəyə baxmaq bir borcudur. Kişi isə işləmək istəmir. İnsan işsiz qaldıqda müəyyən pis vərdişləri yaranır. İçki içir, siqaret çəkir, narkotik qəbul etməyə başlayır. Hər qadın bunu qəbul etmir.

İntim münasibətlər
Psixoloji təcrübəsinə istinadən həkim bildirir ki, əksər hallarda intim münasibətlər sıfır vəziyyətindədir, ya tamamilə yoxdur. Ər-arvad ayrı otaqlarda yatırlar: "Biz pasientlərə məsləhət görürük ki, həftədə 3 dəfə münasibətdə olsunlar. Bunu istəyib-istəməməkdən asılı deyil. Bədənin funksiyası bu cürdür. Münasibət olmadıqda bədən əsəbi və gərgin olur. Tərəflər bir-birinin xətrinə dəyir, bir-birində səhv axtarmağa başlayırlar. Əgər ailədə intim münasibətlər normaldırsa, problemlər də azdır”.

Mütəxəssis əlavə edir ki, ailədə sevgidənsə çox, bir-birinə qarşı hörmət önəmlidir. Ər və arvad bir-birini başa düşməli, dost olmalıdırlar.

Xəyanətə gətirib çıxaran amillər var
Kişi qadınla maraqlanmalıdır. Qadın hiss etməlidir ki, onunla maraqlanan, ona qayğı göstərən bir insan var. Bu eynilə qadınlara da aiddir. Qadın da kişi ilə maraqlanmalı, çox istədiyini bildirməli, əzizləməlidir. Kişinin evdə rahatlığı olsa, niyə də xəyanət etsin?

Düzdür, elə adamlar var ki... Onların cinsi tələbatlarını ödəmə şəkli fərqlidir. Bu, tox qarına yemək yeməyə bənzəyir.

Qadınlar onu da nəzərə alsınlar ki, kişilər deyingən, zəhlə tökən qadınlardan qaçırlar.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər