Özəl:

Qadın xəyanət edə bilərmi?



Qadın xəyanət edə bilərmi?
Qadın xəyanət edə bilərmi?
Bəli! (Lakin az rastlanar). Biz hər zaman kişi 'xəyanət edər' deyərik. Halbuki, əksər qadınlar da xəyanət edə bilirlər. Hansı şərtlərdə? Nə vaxt? Necə?

Ümumiyyətlə, ruh boşluğu olduğu halda xəyanət edir (eynilə kişilərdə olduğu kimi). Ərindən sevgi, şəfqət, yaxınlıq; oxşama, öpmə, tərif görmədiyi zaman; ruhi, romantik ünsiyyət görmədikdə və ya ərini sevmirsə; ondan xoşlanmırsa, toxunmasından nifrət edirsə; əri onu anlamır, dinləmir, ruhuna xitab etmir və ya heç nə ilə razılaşa bilmirsə, qadın xəyanətə yönələr. Qadınlar yuxarıda saydığımız vəziyyətlərdə, insan olaraq boşluqlarını doldurmaq üçün müxtəlif müdafiə etmə mexanizmlərindən istifadə edərlər. Amma xəyanət mexanizmini, çox nadir olaraq ruhlarını təmin etmək üçün seçirlər. Çox vaxt mümkün olmayacaq insanlara aşiq olurlar. Ərlərində əskik olan şeyləri axtarırlar (entelektüalizm, yaraşıqlılıq, gülər yüzlülük, pul və s.).

Qadınlar ümumiyyətlə, yalnız seks ehtiyacı üçün xəyanət etməzlər; mənəvi bir əlaqə qurar və xəyanəti elə yaşayarlar. Çoxu ərinə bildirməz; amma yoldaşı ilə yatmaz və onu rədd edər. Ailə psixoloquna doğrunu söyləyər və heç bir peşmanlıq hiss etməz. Çünki o aşiqdir və ya da elə zənn edir. Qarşısındakı kişinin də onu sevdiyini söyləyər. Ancaq bilmədiyi tək şey, bu eşqin içinə necə düşdüyüdür. Bunu da bizdən, yəni ailə psixoloqundan eşidər, o onsuz da ruhi boşluqda gəzərkən, sevgi və eşq bitmişkən bu adama rast gəlmişdir.

Bu bir qurtuluşdur; bu bir macəradır; bu bir özünü tapmaqdır; bu bir bəyənilmə, istənmə və dəyər tapmaqdır. Dəyərmi, dəyməzmi? Bunu düşünəcək vəziyyətdə olarsa, problem yoxdu. Amma bu eyni zamanda bir qaçışdır. Arxada bir həyat yoldaşı, uşaqlar, bitmiş duyğular və bir çox kədər buraxaraq qaçmaqdır.
Əlaqədə ya da nişanlılıqda da xəyanət aşağı-yuxarı eyni ruh halı içində başlayar. Qadınlar sərbəst olmalarına baxmayaraq xəyanət edir və ya heç olmasa gözü çölə boylanır isə, bu hal-hazırki sevginin yoxluğundandır. Ən yaxşısı vaxtında və zərifliyi pozmadan əlaqəni bitirməkdir.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər