Özəl:

Sevənlərin davranış mədəniyyəti



Sevənlərin davranış mədəniyyəti
Məhəbbət elə bir hissdir ki, o, yaşından, cinsindən asılı olmayaraq hər kəsin könül qapısını açır. Sizin aranızda da elələri var ki, bu hiss artıq onun varlığına kövrəkcəsinə qədəm basmışdır. Sən də gec-tez məhəbbəti xoş bir duyğu kimi salamlayacaqsan. Budur, artıq nəsə səni narahat edir, gecələr yuxun qaçır, baxışlarını tavana zilləyib fikrə gedirsən. Yadına həmin qız (oğlan) düşür. Axı niyə onunla danışanda səsin titrəyir, üzbəüz gələndə özünü itirir, görməyəndə darıxırsan?Hərdən oğrun-oğrun baxışırsınız, qəflətən nəzərləriniz toqquşur, yanaqlarınız xəfifcə allanır..... Bəlkə bu məhəbbətdir?
Əlbəttə, sevirsən. Amma yadında saxla ki, məhəbbətinizin uğurlu olması əsasən özünüzdən asılıdır. Hisslərinizin möhkəmliyindən, qarşılıqlı münasibətlərinizin xarakterindən asılıdır.
Yüksək davranış mədəniyyətinə yiyələnmək, ünsiyyət prosesində müəyyən əxlaq qaydalarına əməl etmək sevgililərin bir-birinə münasibətini daha da yaxşılaşdırır. Qıza qarşı kobudluq oğlan üçün bağışlanılmaz səhvdir. Oğlan başa düşməlidir ki, bu gün onunla eyni parta arxasında oturan qız sabah ər evində bir anadır!
İlk gənclik məhəbbətində hiss əsas rol oynayır, gənclər sevgilini çox vaxt gözəl olduğu üçün seçib bəyənir. Yetkin məhəbbətdə tərəflər çox vaxt ölçüb-biçir, götür-qoy edir.Bu dövrdə onların seçicilik duyumu və tənqidi yanaşma qabiliyyəti, məntiqi təfəkkürü formalaşır.
Sevənlər bir-birinə qarşılıqlı tərbiyəvi təsir göstərirlər. Biri digərinə öz nöqsanını düzəltməkdə, çətinlikləri aradan qaldırmaqda lazımi məsləhət verir. Bir sözlə, oğlan və qız seçdiyi şəxsin xatirinə özünü təkmilləşdirir. Buna görə də deyirlər ki, məhəbbət insanı nəcibləşdirir, xeyirxah və səmimi edir.Lakin bəzən oğlan və qız sevgilisinin haqlı iradlarından nəticə çıxartmır, öz qüsurlarını aradan qaldırmaq istəmir.
Məhəbbətdə mühüm cəhətlərdən biri öz hissini qorumağı bacarmaqdır. Oğlan sevgilisi ilə küçədə, kinoteatrda, nəqliyyatda və digər yerlərdə müəyyən həddi, normanı gözləməklə rəftar etməlidir. Yersiz hərəkətlərə yol verilməməlidir. Bəzən parklarda, dənizkənarı bulvarda hamının gözü qarşısında qızla oğlanın bir-biri ilə qol-boyun olduğunun şahidi olursan.
Əlbəttə, bir-birinə həqiqətən könül vermiş gənclər belə iş tutmaz, pak və ülvi bir hissi təhqir etməzlər. Lazım gələn təqdirdə oğlan qızın, qız oğlanın şərəf və ləyaqətini qorumalıdır. Həqiqi məhəbbət əxlaqsızlıqla, əks cinsə hörmətsiz münasibətlə bir araya sığmır. O, « gün keçrmək » zövqünə sığınan yalançı məhəbbətdən əsaslı fərqlənir. Həqiqi məhəbbət əbədi, sönməz, yalançı məhəbbət ötəri, aldadıcı və mənafegüdəndir. Belə məhəbbətdə tərəflərdən biri digərini şüurlu aldadır, vədlər verir, şirin sözlər söyləyir. Qız yalan vədlərə inanır, şirin sözlərdən xoşlanır və səhv edir.
Gənclər münasibətin mahiyyət etibarilə nə ilə nəticələnəcəyini qabaqcadan təsəvvür etməyi bacarmalıdır. Fiziki yaxınlıq, xüsusilə qızlar üçün ağır nəticələr törədə bilər. Qızlar nikah bağlanana və gərdək qurulanadək öz ismətlərini qorumalıdır.Ər evinə qızların pak və alnıaçıq getməsi, ailə həyatının pozulmaz qanunu, gələcək ailə təməlinin mohkəmliyinin rəmzidir.
  • 3-08-2016, 04:00
  • 525
  • 0

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər