Özəl:

Bir həftədə onu unut



Bir həftədə onu unut
7 gündəlik unutma planı
Bu plan, onu həyatından çıxartmağını və qaldığın yerdən davam etməyini təmin edər. Bu, bir anda olmayacaq əlbəttə, amma zaman keçdikcə onun sənin üzərində yaratdığı təsirlərin azaldığını hiss edəcəksən.

1.Gün: Ağlamaq sərbəst
İlk gün hər vaxt ən pisidir. Şok, yaşadığını qəbul edə bilməmə və kədər kimi hisslər  içini yeyər, ürəyini gəmirər, canını ağrıdar. Məqsədimizə çatmanın birinci şərti, ayrılıqdan sonrakı ilk 24 saatı tək başına keçirməməyin. Bu kimi vəziyyətlərdə səni qarşılıqsız dəstəkləyəcək kəslər, anan, qardaşın və ya ən yaxın yoldaşın ola bilər. Tək etməyin lazım olan onlardan kömək istəməyin. Bir  gün içində heç bir şey qalmasın, dilədiyin qədər izah et, ağla, lazım olsa paket - paket salfet bitir!

2.Gün: Onu içindən at
Çox kədərlisən, səni anlayırıq. Amma yenə də bir az gücünü yığ və onun sənə aldığı  hədiyyələri, fotoşəkillərinizi ortadan qaldır. Lakin onları əsla cırma, qırma, parçalama! Bu gün ən sevdiyin şeyləri etməyə səy göstər; musiqi dinlə, kitab oxu, dostlarınla görüş, televizor  izlə… Ən vacibi də eynilə hədiyyə və fotoşəkil çəkər kimi səni dərindən təsir edən xatirələrini də yaddaşın dərin bir yerlərinə saxla və onu içindən çıxardığını xəyal et. İnan, sənin üçün həyat sabah çox daha asan keçəcək!

3.Gün: Ondan uzaq dayan
Onu əsla axtarma! Sosial şəbəkədə gördüyündə salam vermə! Telefonuna mesaj çəkmə! Bil ki o artıq "köhnə". Onun yerinə dostlarını axtar, ailənlə danış, internetdə gəz. Edəcəyin planlara onu qarışdırmaq, təkrar birlikdə olduğunuz xəyallarına qapılmaq, sənə ürək ağrısından başqa heç bir şey qazandırmayacaq, bunu bil! Əgər eyni ofisdəsinizsə, əlbəttə işin bir az daha çətin olacaq. Onunla qarşılaşdığında məsafəni qoru. Unutma ki, yoldaş ola bilməyəcəyiniz qədər hələ hər şey çox yeni. Bunu sına!

4.Gün: Haqqından gəlmə zamanı
Geriyə hirslilik və hirsin qaldığı günlər başladı! Sənə çəkdirdiklərindən sonra ona sinir olmağın çox təbii. Gücünü yavaş - yavaş toplamaya başladığına görə, bundan sonra hərəkətə keçə bilərsən. 5. gündən sonra, edəcəklərindən çox etməməyin lazım olanlar çox daha vacib. Məsələn: əsla evə bağlanma! Dostlarınla əlaqəsini qoparma! Özünü zəif, kimsəsiz və tərk edilmiş hiss etmə! Əksinə, artıq ona əhəmiyyət vermədiyini, yaşadıqlarınızın gözəl bir anı olaraq geridə qaldığını ona hiss etdir. Dostlarınla gülüb əylənərkən səni görərək, burax nələr qaçırdığına bir az da o kədərlənsin.

5.Gün: Yeni və dopdolu bir həyat qur
Bir dostunu axtar, bir rəqs kursuna üzv ol və ya məktəb sonrası fəaliyyətlərinə qoşul. Zamanının çoxunu tək keçirmək yerinə, ictimai fəaliyyətlərlə doldur saatlarını.

6.Gün: Yola davam
İndiyə qədərki bütün mərhələlərin öhdəsindən çox yaxşı gəldin. Bu gündən etibarən artıq özünü daha yaxşı hiss edir olmalısan. Oynu pozub proqramın bəzi hissələrinə uyğun gəlməmiş ola bilərsən bəlkə. Amma olsun, yeddinci günə qədər gələ bildinsə, yalnız bunu belə bacara bildiyin üçün özünü qeyd etməlisən! Unutma, bunun kimi bir çox 7 gün keçəcək və "onu əsla unuda bilməm" deyən sən, bir gün bir baxmısan ki, kəpənək olmuş, yenidən aşiq olmusan.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər