Özəl:

"Qalıqlardan xatirələr"



- O günlərdən heç birimiz qalmadıq. Bircə qalan o günlər və sarı yarpaqlar oldu. Hansı günahın sahibi olduq ki, fəsilərdən 3-4 quru yarpaq, və birdə yaş skamyalar qaldı. Ayrılığımızın rəsmini Tanrı çəkərkən, mələkləri ağladı. Buna görədə heç bir mələk insan olmaq istəmədi, amma baş əydilər. Bizə görə cənnətdən qovulan mələklər, indi bizlərə lənət edir. Necə qəddar varlıqlarıq İlahi.. 
- Yadındamı qış? - O il yağan dəlisov qar, yerə düşür, sonrada yumurulanıb üzümüzə dəyirdi. Üzümüzə, yoxsa üzlərimizə? Bağışla, amma etiraf edəcəm, ikimizdə şərəfsizcəsinə tərk etdik! Səndən sonra birini şair kimi sevə bilmədim. Eşqi sənlə süzgəcdən keçirdim, sən gedəndən sonra, süzgəcdə qalan qırıntılar boğdu camalımı. Təxmin edirəm indi, mən sənin boş vaxtınam hal-hazırda. Yerimi dolduracaq qədər şərəfli birini tapmağın mümkünsüz deyil. Bəli var! Məndən də şərəfli biriləri var, amma heç biri bu dünyada deyil. Rumi demişkən: səma, səma, səma.. darıxsan ulduzlardan bax mənə demişdim,mənim ulduzumu söndürüb, kimə ulduz oldun söylə?!
- Eşitdim..
- Eşitdim, daha yaxşısı var yanında, daha çox qayğı göstərirmiş. Sən Allah mən qədər varmı, mən qədər sənə gülə bilirmi? Günahı məndə axtarma, bir bax.. Bax, kimdir yalançı, kim getdi, kim birisini tapdı, kim özgə əlinə meyillidir?! Səni yazılarımda yaşadacaq qədər qəddaram özümə! Zülfünü özgəsi qoxlar indi, yad əllər başqa şanələrlə oxşar oldu saçlarını..
- Əsəbləşib "Başına daş düşsün"- dedimişdin mənə, nə biləydin gözümdən süzülüb başıma enəcəyini..
- Heçnəyi bilmədik, nə sən getdin, nə mən, bəs nə gəzir bu ayrılıq bizdə?! Haqlısan, nə fayda var, onsuzda qəlb sarayımdan bütün mülkümü oğurlayıb yoxa çıxdın. Xatirələr qalıb yalnız. Nə yaxşı onlar beynimdə saxlıdır. Xatirənin böyüyü-kiçiyi olmaz, əgər sənlə bağlıdırsa. Bəli xatirələr sənə bağlı, sənlə bağlı. Ağzımın tamıda dəyişmir, hər şey sən dadar oldu bə qadın. Deyirlər: insan itirdikdən sonra anlar qədrini, qurban sənə düzünü de, hansı gecə deməmişəm "nə yaxşıki varsan!"..? Cümlələr bitmir əziz məleykəm. Nə edim əlimdə deyil, cümlələr"mənidə yaz deyə", qəlbimi didir. Qarşıma çıxsan, bütün şəhərin əvəzinə ağlaram. Gəl, gəl göz yağışlarım dayansın. Bir dəfə çıx qarşıma, susacam söz. Adını belə çəkməyəcəm, amma bir dəfə gül.. Bütün payızlarımda sevəcəm səni. Nə zaman yadına düşsəm, əlinə toxum al və torpağa ağla. Övladımız olmasada, xatirələrimizdən ağacımız ola ən azından.. Özüm-özümü aldadıram, nəysə boş ver, boşa verdiyin kimi.. Özünü qoru, güclü ol, bacarmasan ağla, torpağa ağla,torpağa..
- Süleyman Əliyev

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər