Özəl:

Bir vaxtlar sevgilim dediyin mənə ? ...



Bir vaxtlar sevgilim dediyin mənə ? ...
Sevdim,çox sevdim.. Dəlilər kimi.. Bağlandım,bir gün olsun belə sənsiz qala bilmədim.. Hər saniyə səni düşündüm,hər saniyə.. 
Dayana bilmədim sənsiz.. Sənsiz keçən bir günüm belə olmadı.. sənsiz olsam belə düşüncələrimdə,xəyallarımda hər zaman sən oldun.. Dalaşdığımızda gecələr yuxu girmədi gözümə.. Hər zaman səni düşündüm səni fikirləşdim.. 

Çoox xoşbəxt idim.. Yanımda hər zaman "sən" olduğunçün çox xoşbəxt idim.. Gözüm səndən başqasını görmürdü.. Fərz edirdim səndə məni mənim səni sevdiyim kimi sevirsən.. Hər zaman dalaşardıq,gülərdik.. Amma sənlə dalaşmağı heç kəslə gülməyə belə dəyişməzdim..Yəni o qədər sevirdim səni.. Sənin gülüşünün məni nə qədər xoşbəxt etdiyini bilmədin.. Əllərimdən tutduğunda necə xoşbəxt olduğumu bilmədin.. Necə uşaq kimi sevindiyimi bilmədin..Necə xəyallar qururdum sənə aid..Sən bunları bilmədin.. Heç nəyi bilmədən getdin.. Bütün xəyallarımı alt-üst edib getdin.. Xoşbəxtliyimi əlimdən alıb getdin..Tərk etdin məni.. 

Fərz etmişdim sadəcə.. sənin məni sevdiyini düşünmüşdüm..sən demə hər sözün yalan imiş..Bütün xəyallarımı alt-üst etmisən.. İndi hər gün sənə niyə belə bağlandığımı,səni niyə sevdiyimi düşünürəm.. Hərdən fikirləşirəm də,bu qədər seviləcək nə etdin?!.. Mənə hər gün canım dedin,lakin hər sözün hər baxışın yalanlarla dolu idi..Mənə hər dediyin sözün yalan olduğunu fikirləşdikcə ürəyim qopur yerindən.. Qəlbimi artıq oğurlamısan.. Sənə necə etibar edə bilmişdim deyə düşünürəm.. 
Düşünürəm ki,necə səni sevə bilmişdim..sənə necə aldana bilmişdim.. Hər güldüyündə necə xoşbəxt ola bilmişdim.. Düşünürəm.. Dünyalarca dəyər verdiyim insanın bir gün mənim inamımı gəlib puç edəcəyini,qəlbimi param-parça edəcəyini hardan biləydim?!.. 

Hardan biləydim ki,bir gün güvəndiyim, sevdiyim insan bir gün gəlib hər şeyi alt-üst edəcək.. Hardan biləydim ki,sən mənim sevgimə layiq deyilmişsən?.. Bilirsən,hərdən oturub fikirləşirəm ki,səni niyə sevmişəm.. Heç də layiq olmamısan bu sevgimə.. Səni necə unudacam bilmirəm,bilmirəm.. Elə nifrət edirəm ki özümə..Səni sevdiyimçün,sənə güvəndiyimçün,sənə bağlandığıma görə..səninlə olan hər bir ana artıq nifrət edirəm.. Sənə hətta,sənə belə nifrət edirəm.. 
Mənim gülüşüm sən idin .. 
Mənim sevgim sən idin .. 
Mənim dünyam sən idin .. 
Mənim həyatım sən idin .. 
Mənim saniyəm,dəqiqəm,saatım günüm sən idin .. 
Mənim ömrüm sən idin .. 
Mənim nəfəsim sən idin .. 
Sən mənim hərşeyim idin .. hərşeyimsən .. 

Bəs mən səninçün nə idim axı ? .. sadə bir oyuncaq ? .. Belə asan idimi qəlbimi qırmaq ? .. Axı necə qıya bildin öz sevginə ? .. Bir vaxtlar sevgilim dediyin mənə ? ...
loading...
  • 15-05-2016, 05:00
  • 1180
  • 1
Offline
  • Şərh №: 1
  • 16 may 2016 15:16
  • Xəbər sayı: 78
  • Şərh sayı: 80
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər