Özəl:

Sevgi dünyası



Sevgi dünyası
Kim bilir…daha nələr dəyişdi… nə qədər bəlkələr olacaq daha həyatımda… Dəyişməyən bir tək tənhalığım və əlçatmazlığın idi, ilk gündəki əlçatmazlığın. O heç dəyişmədi. Yanımda olmayacağını bilə-bilə, bəlkə də bilərəkdən özümü görməməzliyə vururdum. Səni bir başqa istəyirdim, yanımda istəyirdim, varlığında özümü axtarırdım.
Hər şey çox dəyişdi sevgili dostum… Bəlkə də dəyişən sadəcə mən oldum.. 
Zamanı geriyə döndərmək istəyi yaranır qəlbində: yaşadığını yenidən yaşamaq, gördüklərini yenidən görmək, amma sanki lap əvvələ qayıtmaqçün insanda illər keçdikcə güc və istək azalır elə bil. Öyrəndiyin hər şey dərs olaraq qalmalıydı həyatında, həyatın özünü öyrənəcəkdin. Arzular quracaqdın gerçəkləşməyəcəyini bilə-bilə… Həyatın acı oyunlarından uzaq olub yox olmayacaqdın içində… Boğulmayacaqdın… amma hər şey yox oldu… İtdi… Dəyişdi…

Səni bir gün sevəcəyəm.Xəbərin belə olmayacaq…Yalnızlığımı şəkilinlə paylaşacağam..Anlamayacaqsan… Gözlərinə şeirlər tökəcəyəm…Oxumayacaqsan…Hər şey istədiyin kimi dostca qalacaq…Bir gün yollar ayrılsa vədasız çıxacağam həyatından.Getdiyimi fərqinə varmayacaqsan.Dedim ya xəbərin belə olmayacaq ağrılarının ortağı xoşbəxtliyinin parçası olacağam təsirlənməyəcəksən…Bəlkə səndə sevəcəksən o zaman mən olmayacağam yanında.Kədərlənəcəksən…
  • 20-06-2016, 13:00
  • 385
  • 0

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər