Özəl:

Həyat yoldaşınızla daha çox zaman keçirməyin yolları



Həyat yoldaşınızla daha çox zaman keçirməyin yolları
Texnologiyasız zaman yaradın
Telefon, kompyuter, televiziya, iPad və daha başqa bir çox texnoloji cihaz … Necə də bürüdü ətrafımızı … Fiziki olaraq yan-yana olduğumuz insanlarla romantik və zehni olaraq aramıza məsafə qoyan bu cihazlara qısa bir fasilə vaxtı verilməlidir … Xüsusilə, niyyətiniz yoldaşınızla keçirdiyiniz zamanın dadını çıxartmaqdırsa, heç olmazsa, 20 dəqiqə, ya da bir saat hər şeyi bağlayın və yalnız bir-birinizə fokuslanın.

Kömək istəyin
Ən azından ayda bir, ya da iki dəfə uşaq baxıcısından, ya da ananızdan, atanızdan həmin axşam uşaqlara göz qulaq olmalarını istəyin və yoldaşınızla evdə yaxud çöldə baş-başa zaman keçirin.

Ortaq hobbinizi tapın
Puzzle etmək, şəkil çəkmək, kompyuter oyunu oynamaq, rəqs kursuna getmək kimi fəaliyyətləri reallaşdırdığınızda birlikdə yüksək keyfiyyətli zaman keçirdiyinizi də görəcəksiniz.

İşə birlikdə gedin
Hər ikinizin də yorğun bir iş həyatınız varsa, ən azından səhər saatlarını birlikdə zaman keçirmə fürsətinə çeviririk. Birlikdə avtomobillə, ya da piyada getmək fürsətiniz varsa yeriyərək eyni anda söhbət etmək fürsəti tutaraq işə getməyə çalışın.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər