Özəl:

Ailə böhranını necə dəf etmək olar?



Ailə böhranını necə dəf etmək olar?
İlk öpüş, görüşmələr, valideynlərlə tanışlıq… hərşey çox gözəldi və sizə elə gəlir ki, bu həmişə belə olacaq. Toy, güllər, mahnılar… qabaqda sizi nələr gözləyir? Minimum olaraq 7-8 ailə böhranı.

Böhran hər bir ailənin alqoritmində oturmuşdur. Bəzi böhranları "inkişaf böhranı” kimi adlandırırlar və ailə formalşmasının mərhələləri ilə bağlıyırlar. Birgə həyatın başlanğıcı, ilk uşağın dünyaya gəlməsi, ikinci uşaq və s., birinci sinif həyacanı, keçid dövrü, uşağın ailədən getməsi… Digərləri "fors-major vəziyyət” adlanır. Xarici faktorlardan asılı olan bu krizis hər bir ailədə müxtəlif olur və müxtəlif cür üzə çıxır.

Qanunauyğun inkişaf böhranlarını nəzərdən keçirək:

1. Ailə həyatının ilk il böhranı. Möhür vurulduqdan sonra bəlli olur: fərqli zövqlər, fərqli baxışlar, fərqli xasiyyətlər, ər və arvad roluna fərqli baxışlar. Xasiyyətlərin sürtüşməsi bəzən hər iki tərəf üçün olduqca çətin və ağrılı keçir. Burada unutmaq lazım deyil ki, bu ötəridir və zamanla keçməyə meyilli problemdir. Bəzən göz yummaq ən yaxşı çıxış yoludur.

2. Ailə həyatının 3-4-cü il böhranı. Burada artıq çox güman ki, övlad dünyaya gəlmiş və böhran yeni sosial rolun ağırlığı və yorğunluğu ilə bağlıdır. Artıq bir-birinizə qarşı olan ehtiras bağlılığa keçib. Övladınız üçün ən yaxşı hal valideynlərin möhkəm birliyidir.

3. Ailə həyatının 7-ci il böhranı. Artıq hər şey normal gedir. Ailə münasibətləri, qarşılıqlı hörmət, uşaqlar, ev, şərait. Bu illərdə boşanmağa meyilli qadınlar olurlar. Ər arvad bir-birindən doymuş olur və qıraqda macəra axtaraşında ola bilərlər. Lakin kişilər illərlə qurduqlarını dağıtmağa tələsmirlər və bunu sevmirlər. Onlar öz övladlarının anasına hörmətlə yanaşırlar. Sadəcə qadınlara daha çox diqqət ayırmaq lazımdır. Arada bir restorana, kinoya və ya sadəcə gəzntiyə aparmaq lazımdır. Əsas məqsəd – qadın ilk öncə sizin arvadınız olduğunu hiss etməli və yalnız sonra övladlarınızın anası rolu gəlməlidir.

4. Ailə həyatının 14-cü il böhranı. Bu illərdə qadınlar yox, kişilər "qırağa” getməyə meyilli olurlar. Məsləhətimiz ailənin rolunu, çəkdiyiniz əziyyətləri yadınıza salmaqdır.

5. Ailə həyatının 20-ci il böhranı. Bir çox insan həyatın mənasını itirir. Hər şey var, uşaqlar böyüyüb, işdə pensiya vaxtı gəlir çatır. Boşanmaq fikrinizdən keçməsə də, artıq rahat olmaq istəyirsiniz. Əsasən bu yaşlarda boşanmalar yalnız övlad üçün evlənənlər arasında olur. Unutmayın ki, uşaqlar ailə həyatının bir mərhələsidir. Bu mərhələ gəlir və zamanla uşaqların öz həyatlarını başlaması ilə onlarla da gedir.

Əsas bu böhranları keçməkdir. Ailə insana dayaq və güc verməlidir. Xoşbəxt ailə resepti yoxdur. Evdəkilərə kömək edərək, onların problemlərini çiyinlərinizə götürməyin. Hamı müstəqil olaraq, problemlərini həll etməyi öyrənməlidir. Əks halda ailə bir yükə çevriləcək. Və ən vacib olan sevgidir. Sevin: özünüzü, yaxınlarınızı və yaşamağı.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər