Özəl:

Ailədə ərlə-arvad arasındakı konfliktlər



Ailədə ərlə-arvad arasındakı konfliktlər
Ailə konfliktləri subyektlərin münasibətlərindən asılı olaraq: ərlə-arvad, valideyn və uşaqlar, ər-arvad və onların valideynləri, nənələr, babalar və nəticələr arasında baş verir.
Ailə münasibətlərində ərlə-arvad arasında baş verən konfiliktlər esas rol oynayır. Bu da əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən baş verir. Belə konfliktlərin əsas səbəblərindən aşağıdakılar daha tez-tez özünü göstərir:
- ərlə-arvadın seksual-psixi uyğunsuzluğu;
- öz ”məni”nin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik;
- müsbət emosiyalara olan tələbatın ödənilməməsi: diqqət, başa düşmək, yumşaq münasibət və s;
- subyektlərdən birinin (ər və ya arvadın) öz tələbatlarının ödənilməsinə daha çox tələbkar olması (içkiyə, narkotiklərə meyil, özünə daha çox vəsait xərcləməsi və s)
- ailə təsərrüfatı, uşaqların tərbiyəsinə, öz valideynlərinə bir-birinin tələbatlarının başa düşülməməsi və s.
- istirahət vaxtının təşkilinə, ərlə-arvadın tələblərinin müxtəlifliyi.
Bunlardan başqa ailə konfliktlərinə başqa faktorlar da təsir edir. Buna hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər. Bunlar hansılardır?
Ailə həyatının birinci ili – bu dövr ərlə-arvadın bir-birinə uyğunlaşması dövrüdür. Bu iki ”mən”in birləşib bir ”biz” olmasıdır. Bu zaman hisslər inkişaf edir, bir-birinə sevgi, məhəbbətin soyuması, subyektlərin həyatda olduğu kimi qavranılması başlayır. Bu zaman kəbinlərin 30%-i dağılır.
İkinci böhranlı dövr – uşaqların anadan olması ilə bağlıdır. Hələlik tam möhkəmlənməmiş "biz” sistemi ciddi imtahanla qarşılaşır. Bu zaman baş verən konfiliktlərin əsasını nə təşkil edir?
- Ərlə-arvadın peşə-ixtisasartırma imkanları pisləşir.
- Uşağa xidmətlə əlaqədar qadın yorğunluğu - bu zaman onun seksual fəallığının azalması.
- Uşaqların tərbiyəsinə ərlə-arvadın münasibətlərinin üst-üstə düşməməsi.
Üçüncü böhranlı dövr – ərlə-arvadın birlikdə yaşamasının orta illərinə təsadüf edir. Bu zaman konfliktlərin oxşarlığı, cansıxıcılığına təsadüf olunur. Subyektlərin bir-birindən doyması baş verir. Hisslərdə yenilik olmur. Bu dövrü hətta duyğu və hisslərin aclıq dövrü də adlandırırlar.
loading...
Offline
  • Şərh №: 2
  • 27 yanvar 2015 13:08
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1
Men artiq bezmisem bu aile heyatindan Baldizim erdedi ama her gun bizdedi men ayda bir defe anam gile gedmey isdeyende birde gedib gelennen sonra burnumnnan getirirler,qaynanam yoldasimi doldurur mene qarsi oda gelib menim usdume dusur men sakitlesdirirem yoldasmi basa salmaqa calisiram.Ama artiq dozede bilmirem xais edirem mene mesehej=h verin.7 ayliq hmileyem cox eseblesirem eseblermi biruze vermirem icime atiram buda usaqma cox is tesir edir

bizdeki munaqiseler ancaq qaynanama gore bas verir her isimize qarisir.Ne elediy buna dimeliyiy serbestliyim yoxdu ailede ozumu qul kimi hiss eleyirem butun isler menim uzerimdedi.Yasli arvaddi butun gun telefonla qurtdalanir mene komeyi deymir.Kim geldi qabaqinda men durmaliyam her isi men elemeliyem icdiyleri stakanlarni nelbekinin icinede qoymurlar hami meni gozdeyir Evlenenin agli yoxdu valla
Offline
  • Şərh №: 1
  • 24 yanvar 2015 13:51
  • Xəbər sayı: 0
  • Şərh sayı: 42
Maraqlı melumatdır

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər