Özəl:

Boşanmayan şəxs təkrar nikaha girə bilərmi?



Boşanmayan şəxs təkrar nikaha girə bilərmi?
Sual 1.
Quba rayonundan Qoşqar Cəfərov: Rusiya Federasiyasında ailə qurmuşdum. Lakin artıq 11 ildir ki, Bakıdayam. Qeyd edim ki, orada mən boşanmadım, sadəcə çıxıb gəldim. Bakıda başqa bir insanla nikaha daxil ola bilərəm?

Cavab:

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə görə, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 148.1-ci maddəsinə görə, ölkə hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, vətəndaşlarımız əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycanda etibarlı hesab edilir.

Əgər Rusiya Federasiyasında bağlanan nikah etibarlıdırsa (yəni Rusiya Federasiyasının ailə qanunvericiliyinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun bağlanmışsa), onda həmin nikah pozulmadan Sizin yeni nikaha daxil olmanız mümkün deyildir.

Sual 2.

Bakı şəhəri Ruslan Muradov: Telefon mağazalarından birindən aldığım mobil telefonda problem yaranıb, lakin mağaza onu dəyişdirməkdən imtina edib. Mən mağazanı məhkəməyə vermişəm. Lakin mağaza tərəfdən hər hansı şəxs məhkəməyə gəlmir. Bu halda, nə baş verəcək? Məhkəmə prosesi nə qədər uzanacaq?

Cavab:

Burada önəmli olan mağazanın nümayəndəsinin məhkəmə iclasında iştirakı deyil, mağazanın məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış olmasıdır. Əgər cavabdeh (yəni mağaza) məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılıb, lakin öz səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını üzrlü səbəb olmadan təmin etməyibsə, onda məhkəmə işə mağazanın nümayəndəsinin iştirakı olmadan da baxa bilər. Çünki Mülki prosessual məcəllənin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
Offline
  • Şərh №: 1
  • 21 iyul 2016 10:20
  • Xəbər sayı: 17
  • Şərh sayı: 119
Təşəkkürler paylaşdığınız üçünn.....

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər