Özəl:

Uğurlu ailə həyatının sirri



Uğurlu ailə həyatının sirri
Aparılan araşdırmalara görə, uğurlu həyatın sirri yaş amilindən asılıdır. Belə ki, tədqiqatlar təxminən eyni yaşda olan cütlüklərin nikahının daha sağlam və uzunömürlü olduğunu ortaya çıxarıb.
Uğurlu ailə həyatının sirrini tapmaq üçün Amerikada müxtəlif yaş qruplarından olan 3.000 cütlüyün nikahı araşdırılıb.
Yalnız bir il yaş fərqi olanlar, yaşıdlarla müqayisədə 3 faiz daha çox boşanma riski ilə üz-üzə qalıb. 5 yaş fərq olanlarda isə boşanma riski 18 faizə yüksəlir. Aralarında 10 yaş fərq olan cütlüklər isə boşanmağa 39 faiz daha yaxındır. 20 il yaş fərqi olanların boşanma ehtimalı çox yüksək olduğu üçün ümidverici münasibət sayılmır.
Statistika yaşlı və ya çox cavan biri ilə nikahdan əvvəl yaxşıca düşünməyi tələb edir. Lakin bunun hər kəs üçün keçərli olduğunu da demək olmaz. Tədqiqatçılar bildirib ki, gələcəkdə nələr baş verəcəyini təxmin etmək çətindir. Bu cür araşdırmaların aparılması və mətbuatda belə xəbərlərin yayılması insanların həyatlarına müdaxilə etmək deyil, sadəcə, məlumatlandırmaq məqsədi daşıyır. Sevdiyiniz insanla münasibətlərinizi qoruyub saxlamaq, xoşbəxt ailə həyatı qurmaq sizin əlinizdədir. Aranızda yaş fərqi varsa, bunun sevginizə kölgə salmasına icazə verməyin.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər