Özəl:

Seksdən əvvəl belə rahatlayın: Seksual masaj



Seksdən əvvəl belə rahatlayın: Seksual masaj
Sevgilinizlə yaxşı vaxt keçirmək üçün seksual masaj hərəkətlərini də bilməniz pis olmaz.
Bunun üçün masaj mütəxəssisinin yanında kurs keçmənizə ehtiyac yoxdur. Sadəcə xoşladığınız aromalı yağı yanınızda götürün, kifayət edər. Əvvəlcə otaqda sakit və xoş bir ortam yaradın. Səs tonunuzu aşağı salaraq fısıldayırmış kimi danışın. Başdan ayağa doğru masaj etdiyinizi düşünün, gerisi özü gələcək.

Gicgah masajı
Sevgilinizin gicgah və qaşlarının arasındakı bölgədə xətlər çəkin. Burnunun iki yanından göz çuxurlarının yanaqlarıyla birləşdiyi bölgəyə doğru barmaqlarınızı sürüşdürün, ordan yenidən gicgahlara qalxın. Gicgah masajı eyni zamanda effektli ağrıkəsici masaj növüdür.

Boyun masajı

Sevgilinizin boyunla baş və boyunla çiyinlərin birləşdiyi bölgəyə edəcəyiniz masaj bir az fərqli olmalıdır Əllərinizlə həmin bölgəyə dairələr çəkərkən arada bir işarət barmağınız ilə baş barmağınız arasına alacağınız bölgəni iki üç saniyə sıxın, sonra buraxın. Əzələlərinin gəvşədiyini, rahatladığını görəcəksiniz.

Sinə bölgəsi

Əllərinizi sinə bölgəsinə qoyun. Əllərinizin bir birindən 5 sm ə qədər uzaq olmasına diqqət edin. Yuxarı və aşağı hərəkətlərlə arada dairələr çəkərək masaj edin.

Ayaq və qıç masajı

Ayaq barmaqlarının bitimindən topuqlara qədər baş barmağınızla basın və basaraq dairəvi hərəkətlərlə masaj edin. Təzyiqlə basmanız mühüm masaj hərəkətləri arasındadır, belə sevgilinizin qıdığının gəlməməsinə səbəb olmazsınız. Ayaq biləklərinə yenə yüngülcə basdıqdan sonra yuxarı doğru dairəvi hərəkətlərlə masajı davam edin. Ayaqların ön və arxa bölgələrinə masaj edin.

Susam yağı - Dərinin dostu olan susam yağı quru dəriləri yumşaldır, qidalandırır, cinsi gücü artırır Şəkər xəstələrinin də dostudur. İmmunitet sistemini gücləndirici təsiri var. Tərkibindəki dəmir və minerallar sayəsində qansızlığa faydalıdır. Oynaq problemləri və revtmatizma üçün susam yağı istifadə edilir. Yorğunluğa qarşı da enerji verir.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər