Özəl:

Səməni necə hazırlanır?



Səməni necə hazırlanır?
Səməni bolluq rəmzi hesab edilir. Baharın müjdəçilərindən biri olan səməni ilk iki çərşənbədən sonra, Novruz bayramına 10 gün qalmış göyərdilir.

"Səməni, saxla məni ildə cücərdərəm” deyən, ulularımız, ta qədim zamanlardan onu təbiətin yenidən canlanması kimi qiymətləndiriblər.

Səmənini Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerə qoymaq lazımdır. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır.

Son dövrlərdə satış üçün də səmənilərin hazırlanması hər bir evdə bu bolluq rəmzinin olmasına imkan yaradır.

Ancaq YeniQadın.Biz səmənini öz evində hazırlamaq istəyənləri nəzərə alaraq onun hazırlanma qaydasını təqdim edir:

Səməni toxumluq buğdadan qoyulmalıdır. 0,5 kq buğdanı (qabın ölçüsündən asılı olaraq miqdar dəyişir) bir qaba tökdükdən sonra hər gün onun üzərinə bir qədər su əlavə edilir və günəş şüaları düşən yerdə saxlanılır. 3 gün suda saxlanılan buğda cücərdikdən sonra geniş qaba tökülür və üzərinə yaş parça və ya tənzif salınır. Cücərtilər böyüdükdən sonra tənzif götürülür və səməni hər gün sulanır. Təxminən 1-2 həftəyə səməni hazır olur.

Qeyd edək ki, sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar.
loading...
Offline
  • Şərh №: 3
  • 31 may 2018 20:29
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1526
Efecto De Kamagra En Jovenes viagra vs cialis accutane buy online reviews Discount Elocon With Free Shipping Cod Only

--------------------
Offline
  • Şərh №: 2
  • 25 fevral 2015 13:54
  • Xəbər sayı: 20
  • Şərh sayı: 718
Bilirdim..
Offline
  • Şərh №: 1
  • 25 fevral 2015 11:32
  • Xəbər sayı: 2
  • Şərh sayı: 29
cox saq olun

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər