Özəl:

Bu gün Su çərşənbəsidir



Bu gün Su çərşənbəsidir
Bu gün fevralın 24-ü Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.

Novruz bayramına 4 həftə qalanda insanlar həyat üçün vacib olan dörd ünsürlə (su, od, yel, torpaq) bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edirlər. El dilində onlara "boz ayın çərşənbələri” də deyirlər. İlk çərşənbənin də su çərşənbəsi olması təsadüfi deyil. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq budaqları və zoğları kəsib onları cavanlaşdırarlar.

Bu çərşənbədə də insanlar süfrə açarlar. Hər çərşənbənin öz xörəyi, öz xonçası var. Su çərşənbəsi xonçasında bulaqdan, quyudan, kəhrizdən gətirilmiş pak, təmiz su mütləq olmalıdır. Dövrəsinə quru meyvə, rəngbərəng şamlar, ləbləbi - kişmiş, çətənəli, küncütlü, fındıqlı-qozlu qovurğa qoyarlar.

Su çərşənbəsində yaşlıları da unutmazlar. Onlar üçün qovurğadan qovut çəkər, üstünə bəkməz və ya bal tökərlər.

Xalq inancına görə, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Bununla da insanlar su ilə ünsiyyətdə oldu, ona qovuşurlar. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su həmişə müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır. Hamı həmin sudan içməlidir.

Su çərşənbəsi həm də "əzəl çərşənbə” adlanır. Bu çərşənbədə qızlar, gəlinlər sübh çağı çay, dəniz və ya bulaq başına gedərlər. Axar su üzərindən hoppanmaq, nəğmə oxuya-oxuya bir-birinin üstünə su çiləmək də inanclar sırasına daxildir. Su çərşənbəsi günü hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inancına görə, su çərşənbəsi günü "təzə su”dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.

Qeyd edək ki, fevralın 24-də Azərbaycanda ilk çərşənbə, martın 17-də isə axır çərşənbə qeyd olunacaq. 2015-ci ildə Azərbaycan ərazisinə baharın gəlişi martın 21-də Bakı vaxtı ilə təxminən saat 02:45 radələrində baş verəcək. Martın 20-də Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.
loading...
Offline
  • Şərh №: 2
  • 25 fevral 2015 13:53
  • Xəbər sayı: 20
  • Şərh sayı: 718
Çerwenbeniz mübarek AZERBAYCANLİLAR üreyiniz hemiwe su kimi temiz olsun... 03
Offline
  • Şərh №: 1
  • 24 fevral 2015 17:17
  • Xəbər sayı: 174
  • Şərh sayı: 287
HEEE TEBRIK EDIREM HER KESIN CERSEMBESINI

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər