Özəl:

Dünya xalqlarının yeni il adətləri



Dünya xalqlarının yeni il adətləri
Avstraliyada gecə 12-dən sonra taxta qaşıqlarla qazanları döyəcləyirlər.
 
Braziliyada pis ruhları qovmaq üçün ağ paltar geyinirlər.

Çilidə gecəyarısı hər kəs bir qaşıq mərci yeyir.
 
Kolumbiyada yeni il axşamı boş çamadanla gəzmək il boyu səyahətdə olmaq anlamına gəlir.
 
Ekvadorda parçadan kukla düzəldib sonra yandırırlar. Yeni ilin uğurlu keçməsi üçün bunu edirlər.
 
Argentinada yeni il axşamı qırmızı yerinə çəhrayı alt paltarı geyinirlər.
 
Salvadorda yumurtanı qırıb bir qaba qoyurlar. Bir gecə pəncərə qırağında qalandan sonra yumurtaya baxıb aldığı formaya əsasən həmin adamın gələcək taleyini müəyyən edirlər.
 
Finlandiyada yeni il gecəsi ərimiş qurğuşunu suya töküb aldığı formaya uyğun olaraq həmin adamın gələcək taleyini müəyyənləşdirilər.
 
Qvatemalada 12 ədəd qəpiyi üst-üstə yığıb qapı ağzına qoyurlar. Bunun yeni ildə var-dövlət gətirəcəyinə inanırlar.
 
Hollandiyada yağlı çörək yeyirlər. Bunun bərəkət gətirəcəyinə inanırlar.
 
Filippində yeni il axşamı evdən pis ruhları qovmaq üçün bütün işıqları yandırırlar .
 
Porto Rikoda çölə bir vedrə su tökürlər. Bununla pis ruhları qovduqlarına inanırlar.
 
Rusiyada istəklərini tərsinə yazdıqdan sonra 12:00-da bir qədəh şampan içirlər. Bununla arzularının yerinə yetəcəyinə inanırlar.
 
İspaniyada əmin-amanlıq üçün yeni il gecəsi hər bir adam 12 gilə üzüm yeyir.
 
Yeni ilin bolluq və bərəkət içində keçməsi üçün Türkiyə yeni il axşamı nar bölürlər.
 
Venesuelada yeni ilin uğur gətirməsi üçün çimərlik paltarı geyirlər.

Çinlilər yeni il şənliyinə başlamamışdan əvvəl pis ruhları qovmaq üçün evlərin təmizləyir, küçələri süpürürlər.
loading...
Offline
  • Şərh №: 3
  • 7 yanvar 2015 14:41
  • Xəbər sayı: 0
  • Şərh sayı: 52
maraqlidir
Offline
  • Şərh №: 2
  • 7 yanvar 2015 14:08
  • Xəbər sayı: 0
  • Şərh sayı: 27
maraqlidi hamisi
Offline
  • Şərh №: 1
  • 7 yanvar 2015 13:23
  • Xəbər sayı: 16
  • Şərh sayı: 356
maraqli adetlerdi hamsi

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər