Özəl:

Azərbaycanda toy adətləri (Qız bəyənmə)



Azərbaycanda toy adətləri (Qız bəyənmə)
Qədim el adətlərinə görə qızı ilk dəfə görən və evlənmək yaşında olan oğlan, qızı bəyənirsə, yaxın adamlarına bunu xəbər eləyir. Qızın yerini-yurdunu öyrənib xəbər tuturlar. Ailəsinin, atasının, anasının, bacı və qardaşlarının kimliyini öyrənirlər.Ailəsi-kökü oğlan tərəfi razı salırsa oğlan qızla danışmağa və özü haqqında onda müsbət rəy yaratmağa çalışır. Sonra qızın valideynlərinin fikri öyrənilir.Bunun üçün qızın yaxın adamlarına – xalasına, bibisinə, anasına xəbər göndərir. Onların fikri öyrənilir.

Ümumiyyətlə "ara düzəltmə" işində vasitəçilərin böyük rolu olur. Bu şəxslər oğlan və qız tərəfə geniş məlumatlar verir, razılığa gəlmə prosesində mühüm rol oynayırlar.

Qədim dövrlərdən kənd yerlərində qızlar bulaq başında görülər, bəyənilərdi. Şəhərlərdə oğlan anaları gələcək gəlinlərini həftə hamamında seçər, gözü tutanı oğluna məsləhət görərdi. Oğlan da toyda-mağarda, məsləhət bilinəni görər, öz fikrini bildirərdi. Əksər hallarda onun fikri ilə ananın fikri üst-üstə düşərdi. Sonra xəbər göndərmə mərhələsi başlayardı.Həmçinin o dövrdə gələcək gəlinin sağlamlığına, iş görmək qabiliyyətinə mühüm üstünlük verilərdi.

Bu adət Azərbaycan istehsalı olan məşhur filmlərdə çox gözəl şəkildə öz əksini tapmışdır.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər