Özəl:

Süfrə mədəniyyəti - Bunlara diqqət edin



Süfrə mədəniyyəti - Bunlara diqqət edin
Bizim ən gözəl milli ənənələrimizdən biri elə süfrə mədəniyyətimizdir. Ailənin bir yerə yığışması, böyüyün yuxarı başda əyləşməsi, hər kəsin də öz yerini bilməsi həm ailədə tərbiyənin göstəricisidir, həm də bir səmimiyyətdir, doğmalıq hissinin təzahürüdür. Ata birinci olaraq "Bismillah!” deyib əlini süfrəyə uzadır, sonra da qalanları yeməyə başlayır. Ailədə səmimiyyət olandan sonra yeyilən yemək də ləzzətli olur.

Amma süfrə ilə bağlı elə qanunlarımız var ki, onları tapdamaq olmaz. Uşaqlara kiçik yaşlarından süfrə mədəniyyətini öyrətmək lazımdır. Stol arxasında necə oturmağı, qaşığı və ya çəngəli necə tutmağı, xörəyi necə yeməyi gərək ona kiçik yaşında öyrədəsiniz. Uşaqlara öyrətmək lazımdır ki, yemək yeyərkən dodaqlarını yumsunlar. 

Bir də görürsən ki, biri yanında yemək yeyir və ağzını elə marçıldadır ki, iştahanız qaçır. Əlbəttə, bu, mədəniyyətsizlikdir. Çünki sənin bu cür yeməyin başqasının iştahını küsdürür. Ağız marçıldatmaq olmaz, uşağa öyrətmək lazımdır ki, yeməyi kiçik tikələrlə götürsün. Arabir danışmaq da olar, amma gəvəzəlik eləmək doğru deyil. Sizə zarafat gəlməsin, bu zamana qədər yediyi loxması nəfəs borusuna düşüb ölən adamlar da olub. Ona görə də süfrə arxasında danışmaq doğru hesab edilsə də, gəvəzəlik eləmək və ya gülmək düzgün deyil. 

Süfrədən yarımçıq durmaq da mədəniyyətdən deyil. Hər kəs yeyib qurtarandan sonra süfrənin yığışdırılması, meyvənin və ya çayın verilməsi də bu gözəlliyin bir başqa davamıdır.

Bir önəmli məqama da diqqəti çəkmək istəyirik: əgər üzürlü səbəb yoxdursa, hər kəs süfrə başına toplaşmalıdır. Çünki dədə-babadan həmişə belə olub ki, ailə başçısı öz övladları ilə süfrə başında yemək yeyərkən həm də onların gündəlik məşğuliyyəti ilə maraqlanıb, nə iş gördüklərinin bir növ hesabını soruşub.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər