Özəl:

İnanılmaz toy inancları



İnanılmaz toy inancları
Toy bir ölkənin mədəniyyətinin bir hissəsidir. Məqsəd eyni olsa da, hər bir ölkənin özünəməxsus toy adət ənənələri, inancaları var. Keçmişdə insanların böyük inamla yanaşdığı bu hallara indi bəziləri batil inanclar kimi baxırlar. Lakin əlamətlərə inanlarda kifayət qədərdir.

Bu inanclardan çoxu Azərbaycanda da geniş yayılıb. Sonxeber.az maraqlı toy inanclarını təqdim edir.

Gəlin ayaqqabısının altına subay qızların adını yazır. Bu inanc Azərbaycanda da geniş yayılıb. İnanclara görə, kimin adı silinsə növbəti toy onun olacaq.

Evlənən gənclərin başından düyü, buğda tökülür. İnanclara görə, bu onların ailəsinin bərəkətli olması üçündür. Müasir dövrdə düyü, buğdanı bir çox bölgələrdə şirniyyat əvəz edib.

İnanca görə, toyun sonunda gəlin gülünü atır. Növbəti toy gülü tutan şəxsin olacaq.

Gəlinin başı üzərində çörək kəsilir. Bəzi regionlarda isə kəsilən çörək bala batırılaraq gəlin və bəyə verilir. İnanclara görə, bu onların şirindilli olması, bir biri ilə mehriban olması üçündür.

Nikah zamanı bəylə gəlinin bir-birinin ayağına ilk basması ilə ailədə həmin şəxsin hökmüranlıq edəcəyinə inanılır.

Bəzi bolqarlar toydan əvvəll bəyi döyürlər. Bu işi isə gəlinin qardaşları görür. Onlar bu yolla evliliyin uğurla olacağına inanırlar.

İki qardaşın iki bacıivlənməsi pis hal sayılır. İnanclara görə. hər evliliyin bir uğuru var. Bu halda o uğur iki yerə bölünür.

Gəlin və ya bəyin doğum günü toy etməsinin uğursuzluq gətirdiyinə inanırlar.
Cümə günlərinin ailə qurmaq üçün uğurlu olduğuna inanılır.
Bəzən günəşli gündə edilən toyun gələcək ailənin həyatını işqılandıracağına inanırlar.

Yaponiyada evliliyin uzun ömürlü olması üçün ailələr bənövşəyi rəngli geyimdən istifadə etmirlər. Onlar bu rəngin tez solduğunu və uğursuzluq gətirdiyini düşünürlər.

Bəzi ölkələrdə gəlinlər çörək parçalarını yola atırlar. Onlara insanın toxunması uğursuzluq, quşların yeməsi isə xoşbəxtlik gətirir.

Tayvanda bir qadının iki dəfədən çox gəlinin rəfiqəsi olması onun öz bəxtini bağlayır.

Braziliya, Meksika, Kolombiya və sairə ölkələrdə bəyin gəlini toydan qabaq görməsi uğursuzluq sayılır.

Meksikada gəlin toy günü mirvari taxsa demək, ömrü boyu ağlayacaq. Çünki bu ölkədə mirvari göz yaşının simvolu kimi qəbul edilir.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər