Özəl:

Azərbaycanda toy adətləri (Üzük xonçası)



Azərbaycanda toy adətləri (Üzük xonçası)
Üzük xonçası
Böyük nişan mərasimində qızgilə aparılan xonçalar arasında içində saçaqlı baş yaylığı şal və nişan üzüyü yerləşdirilmiş nişan xonçasına üzük xonçası da deyirlər. Oğlanın əmisi, yaxud doğma dayısının apardığı bu xonçaya, şal və üzüklə yanaşı noğul-nabat da düzülür. Bu xonça indiki Abşeron toyları üçün daha səciyyəvidir. Lənkəranda isə nişan üzüyünü həmin xonçaya qoyulmuş bir balığın ağzına keçirirlər. Bu da bərəkət, uğurlu nigah , uzunömürlülük arzusu ilə bağlıdır. Xonçanın başqa adı "nişanbaxtı"dır.

Haxışta
Naxçıvan diyarında çaldırılan toy-nişan məclislərində qız evində cavan qız-gəlinlər "haxışta" adlı halay sayağı rəqs ifa edirlər.

8-12 iştirakçıdan ibarət olan iki dəstə cərgə ilə qabaq-qabağa dayanıb əl-ələ tuturlar. Sonra ifaçılardan biri sonu "haxışda" kəlməsilə bitən bir bayatı oxuyur, o birilər bu sözü təkrar edərək əl çala-çala, oynaya-oynaya qarşı cərgəyə, oradan da əks cərgəyə keçirlər. Oxuya bilməyən sıradan çıxmalı və bir ayaq üstə atılıb-düşərək rəqs etməlidir. Məsələn,

Armud agacı haca haxışta,
Əlim dolaşdı saca haxışta,
Qardaşıma gurban olum haxışta,
O gedir qaca-qaca.

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər