Özəl:

Hündürdaban ayaqqabı geyinmək üçün - QAYDALAR



Hündürdaban ayaqqabı geyinmək üçün - QAYDALAR
Dünyanın ən qəşəng hündürdaban ayaqqabısını belə geyinsəniz, düzgün yerimədiyiniz halda bütün gözəllik məhv olar. 

1. Kiçik addımlar atın
Zərif görünmək istəyirsinizsə kiçik addımlar atın və dizlərinizi qırmayın.

2. Yerə əvvəl topuğunuzun qoyun
Əvvəl topuq sonra barmaqlar.

3. Dik durun
Çiyinlər geridə, çənə yerə paralel.

4. Düz bir xətdə yeriyin
Önünüzdə düz bir xətt varmış kimi düşünün. Bir ayağı digərinin önünə atın.

5. Evdə məşq edin
Ertəsi gün toy, məclis, şənlik və s. kimi hər hansı dəvətə gedəcəksinizsə, bir gün əvvəldən ayaqqabıları ayaqlarınıza alışdırın.

6. Ağırlığınızın bir ayağınıza verin
Yeriməyiniz qədər duruşunuz da əhəmiyyətlidir. Bir ayağı digərinin önünə qoyun və ağırlığı bir ayağınıza verin. O ayaq yorulanda digərinə keçin.

7. Arada bir istirahət edin
Lakin istirahət etdikdə ayaqqabılarınızı çıxarmayın. Çıxardıqdan sonra geyinmək daha çətin olacaq. Bundan başqa, yorğun ayaqdan qoxu gələ bilər.

8. Hər gün dikdaban geyinməyin
Hər gün dikdaban ayaqqabı ilə gəzmək sağlamlıq baxımından doğru deyil. Bəzi günlər altı düz ayaqqabılar seçin, ya da daha alçaq dikdabanlar geyinin.

9. Bir anda yüksək dikdaban geyinməyin
Altı düz ayaqqabı geyinməyə vərdiş etmisinizsə, bir anda hündürdaban ayaqqabılara keçməyə cəhd etməyin. Nisbətən kiçik dabanlarla başlayıb, yavaş-yavaş yüksəldin.

10. Ayaq ölçünüzə uyğun ayaqqabı alın
Ayağınıza uyğun ayaqqabı geyinmədikdə yalnız hündürdaban ayaqqabılar deyil, altı düz ayaqqabılarda da yeriməyiniz çətin olar.
Offline
  • Şərh №: 1
  • 6 dekabr 2016 15:37
  • Xəbər sayı: 211
  • Şərh sayı: 1236
men ne de elesem yeriye bilmirem

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər