Özəl:

Böhran dövründə alış-veriş qaydaları



Böhran dövründə alış-veriş qaydaları
Manatın devalvasiyası dəbsevərlərin də kefinə soğan doğradı. Bu vəziyyətdə alış-veriş xərclərini azaltmaq daha məqsədəuyğundur. Tərslikdən, hamının evində Fashion TV göstərir...Qanınızı heç qaraltmayın. Hər halda, dünyanın sonu deyil, alış-verişdə qənaət etməyi öyrənməyin isə tam zamanıdır.

Bəlkə də bu kütləvi narahatlıq dövründə mənim yazım sizə mənasız görünə bilər. Əsla belə düşünməyin. Əgər bu yazını kişilər oxuyur və buna görə məni qınayırlarsa, təəssüf edirəm, onları fikirlərindən döndərmək üçün yetərli arqumentim yoxdur. Amma biz qadınlar bilirik ki, kiçik alış-verişlər, dekorun, imicin azca da olsa dəyişdirilməsi nə dərəcədə xoşbəxtlik gətirir. Shopping terapiyasının gücü də ondadır ki, o, gələcək haqqında optimist düşünməyə imkan verir. Bu isə hər situasiyada çox vacibdir. 

Keçək əsas məsələyə. Manat ensə də, göydən yerə enmək istəməyənlər, buna heç ehtiyac da yoxdur, sadəcə fevral ayından lazımınca istifadə edin. Dəbli alış-veriş mağazaları hələ endirimli malları yığışdırmayıb. Bəlkə də dünənə qədər onlara diqqət etmir, yeni kolleksiyanı nəzərdən keçirirdin, indi isə siyasəti azca dəyişmək zamanıdır. Mağazaya baş çəkib, 70% faiz endirimdə olan geyimləri incələ. Bir çox mağazalar hətta keçən yaydan qalan geyimləri satışa çıxarıb. Şəxsi təcrübəmdən deyə bilərəm ki, həmin geyimlərin arasında maraqlı T-shirtlər var idi.

Geyim seçərkən onun dəbli olmasından daha çox klassik və keyfiyyətli olmasına diqqət et. Klassik və sənə yaraşan rənglər, sadə kəsimlər hər zaman üçün uğurlu seçimdir. Yavaş-yavaş qarderobunda yer alması vacib olan baza geyimləri yığmağa çalış. Onları hər zaman asanlıqla digər geyimlərlə dəstləşdirə bilərsən. Bunlara klassik bəyaz bluz, cins şalvar, kiçik qara don və s. daxildir.

Əgər dünənə qədər krossovkalar dəbli seçim sayılırdısa, indi onlar zəruri hesab olunacaq. Çünki idman ayaqqabısına böyük məbləğ xərcləməyə ehtiyac yoxdur (Əgər onları Chaneldən almaq fikrinə düşməmisənsə) və dəbin diqtəsinə görə, onları indi qarderobunun, demək olar, yarısı ilə asanlıqla dəstləşdirə bilərsən.

Aksessuarlara söz hüququ ver. Yəqin, özün də müşahidə etmisən ki, bir eynək və boyunbağı ilə obrazını dərhal dəyişə və rəngləndirə bilərsən. İndi qoy paxıl qonşun boynuna qoysun ki, bu, dünən geyindiyin dondur. Yeri gəlmişkən, sadə donların üzərindən poluverin geyinilməsi də çox dəbli seçimdir. Şəxsən, mən bəyənirəm.

Yetkin qadının həyatında ən xoşagələn məqamlardan biri onun şəxsi dərzisinin olmasıdır. Əgər beləsini hələ tapmamısansa, tələs. Ucuz parçalardan dəbli geyimlər yaratmaq əslində elə də çətin deyil. Üstəlik, bu situasiyada özün öz dizaynerin ola bilərsən. Bu isə gəlin razılaşaq ki, əksəriyyətimizə xoş gəlir.

Mütləq şəkildə hamıdan fərqlənmək, eyni zamanda büdcənə uyğun geyinmək istəyirsənsə, printləri köməyə çağır. Açıq rəngli geyimləri al-əlvan, dolğun çalarlarla tamamla. Sadəlik seksuallıqdır. Bir halda ki, sadə cins şalvar və bəyaz bluzla cazibədar görünə bilərik, bahalı, uçuşan parçalar, qalın tonal qatı, zinət əşyaları nəyimizə gərəkdir? Bəlkə də bu krizis bir çoxumuza sübut edəcək ki, fərqlilik pulun çox olması və shoppinqin intensivliyi ilə ölçülmürmüş. Hər halda, yaxşı düşünək, yaxşı olsun.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər