Özəl:

Şəhvətin, ehtirasın rəngini qadınlara sevdirən modelyer



Şəhvətin, ehtirasın rəngini qadınlara sevdirən modelyer
1932-ci ilin 11 sentyabrında Milanın şəhər ətrafında zamanla adı dəbdəbənin və lüksün sinonimi olacaq insan dünyaya gəlir. Deyilənlərə görə, Valentino Qaravani saçları ağarana qədər lüksün təbliğatçısı olaraq qalıb – onun zahiri görünüşü və həyat tərzi brendin ən yaxşı reklamı idi!

Uşaqlıqdan Valentino Qaravaninin iki sahəyə həvəsi var idi– rəsm çəkmək və moda. Əldə karandaşı saxlamağı güclə öyrənən gələcək maestro kağızda uçan siluetləri təsvir edir. Geyimə və ayaqqabıya aid olan hər şeyə qeyri-adi meyil  edirdi.

Bəşəriyyət üçün xoşbəxtlikdən vergili gəncin valideynləri onun yaradıcı meylini vaxtında hiss etdilər ona yaxşı təhsil verdilər. Valentino əvvəlcə Milanda "Dell Arte” akademiyasında, sonra isə Parisin Sənət Məktəbində təhsil alıb. Oranı bitirdikdən sonra Valentino bir müddət paltar tikişi üzrə müxtəlif salonlarda işləyərək təcrübə toplayıb. Qi Laroşun özü yeni başlayan modelyerə yüksək qiymət verib.

Təsadüfi deyil ki, Valentino tələbə olarkən nüfuzlu mükafata layiq görülüb -

Valentino və onun həyat yoldaşı Cankarlo Cametti

Fransadan vətənə qayıdıb və yenidən böyük Qaravaninin maddi dəstəyi ilə Valentino Roma mərkəzində şəxsi atelyesini açıb. O zaman İtaliyanın paytaxtı böyük çəkiliş meydançasına çevrilmişdi.

1960-cı ildə Valentino öz moda evini açır. Onun ilk müştəriləri Elizabet Teylor, Odri Hepbern, Sofi Loren, Cına Lollobridjido olur.  Gənc kutyerin zərif kolleksiyaları böyük həvəslə qəbul edilmişdi, axı onlar zərifliyin etalonu idilər. İncə siluet, nəfis tikiş, incə parça, zərif xəz detalları... Bu ilk kolleksiya Elizabet Teylor- dünya kino ulduzu ilə dizaynerin dostluğuna başlanğıc oldu. Aktrisa onun ən hərarətli pərəstişkarı qalaraq bütün həyatı boyu Valentinoya sədaqətini saxladı.

Valentino Qaravani ümumdünya sevgisini öz məşhur Ağ kolleksiyası sayəsində qazandı.

1968-ci ildə bütün dünya əsir edilmişdi – podiumda parlaq rənglər və dəqiq həndəsi naxışlar hökm sürürdü. "Valentino" moda evi bu tendensiyanın əksinə gedərək dünyaya ağ, krem, bej və qumun bütün çalarlarında və fil sümüyü rənglərində geyim kolleksiyasını təqdim etdi.

Cəsarətli dizaynerin riskli xidmətləri layiqincə qiymətləndirildi. O cümlədən Jaklin Kennedi tərəfindən. "Valentino”dan Aristotel Onassisomun toyu üçün krujevalı gəlinlik donunu sifariş edən Jaklin maestronun geyiminə sanki "keyfiyyət nişanını" qoydu.  Yeri gəlmişkən, bu geyim dünya dəb tarixinə girib.

 Parisdə butik açılışı onun dünya müvəffəqiyyətinə növbəti addım oldu. Etiketlərdə loqotip meydana çıxır - V hərfi. 1970-ci ildə Roma və Nyu-York "Valentino”-nun firma mağazalrının açıldığı şəhərlər olur.

Valentino özü dəfələrlə təkrarlayırdı ki, bir çox şeydə uğuruna görə o həyat yoldaşı, 1962-ci ildən 1998-ci ilə qədər "Valentino" moda evinin baş direktor postunu tutan Cankarlo Cammettiyə borcludur. Valentino homoseksual idi.

Brendin vizit kartı həmişə qırmızı rəng idi. "O hər bir qadına mükəmməl yaraşır. Sadəcə qırmızının 30-dan çox müxtəlif çaları olduğunu xatırlamaq lazımdır”, - deyə  Valentino təkrarlamaqdan yorulmurdu.

Valentino kolleksiyasının hər nümayişi ənənəvi olaraq qırmızı geyimlə bitirdi. Çalarların beynəlxalq təsnifatında "qırmızı valentino" adlandırılan xüsusi çalar qeyd edilmişdi.

Brendin 30-cu il dönümü şərəfinə Valentino Qaravani geniş əhatəli  - 5 milyon dollar dəyərində ziyafət təşkil etdi. 1600 insan əyləncə gecəsinin qonağı oldu, həmçinin Cina Lollobridjida, Nensi Kissindjer və əlbəttə ki, kutyurun sevimlisi Elizabet Teylor kimi ulduzlar iştirak etdi. Bunun ardınca keçirilən  "Thirty Years of Magic” sərgisi isə dünyaya "Valentino” dahiliyini yenidən sübut etdi. Sərgidə dizaynerin dünya moda tarixinə düşmüş libasları nümayiş edilirdi.

Valentino Qaravani İtaliyanın ilk modelyerlərindən idi. İlk ətrin adı – "Valentino Classique”. 1978-ci ildə yaradılmış və dərhal italyan dəbdəbəsinin simvolu olan "Valentino Classique” 1991-ci ilə qədər brendinin tək ətri olaraq qalırdı.

1998-ci ildə "Valentino" şirkəti italyan konserni "HdP”-yə satılıb. Həmin il dəb tənqidçilərinin fikrincə, ən məşhur, ilk gündən gözqamaşdırıcı zərifliyin klassikası olmuş –"Very Valentino” ətri yaradıldı.

2002-ci ildə brend Milanın Marzotto Appareli şirkətinə keçir. 5 il sonra isə Valentino Qaravani moda sənayesindən getdiyini rəsmi elan etdi. İndi "Valentino" moda evinin üslubuna görə onun yeni dizayneri Pyer Paolo Pikkioli və Mariya Qrasiya Çiuri məsuliyyət daşıyır.

Hazırda "Valentino” moda evi bir neçə seriya üzrə inkişaf edir: geyim nişanı "Valentino", "Valentino Roma" və "RED Valentino", eləcə də ayaqqabı və aksesuar markası "Valentino Garavani".

Bütün dünyada məşhur V loqolu geyimləri əldə etmək üçün təxminən 560 mağaza, həmçinin 60 xüsusi butik hesablanır. 2010-cu ildə "Valentino” ətrinin buraxılışına lisenziya razılaşması "Puig "şirkətiylə imzalanmışdı.

Son ətirlərdən biri - gənclər üçün nəzərdə tutulmuş ehtiraslı və seksual– "Valentino Valentina” ətridir. Bu trüfel və çiyələk çalarlı berqamot dominantlı çiçəkli-şərqli kokteyli öz qiyamçı xarakteri ilə məşhur olan Danimarka modeli Freya Beha Eriksen təqdim etmişdi.

Onu da qeyd edək ki, "Valentino" brendi bir çox məşhurlar, kral ailələri üçün gəlinliklər hazırlayıb.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər