Özəl:

Dekabr ayı üçün ən zövqlü stil təklifləri



Dekabr ayı üçün ən zövqlü stil təklifləri
Bayram əhval-ruhiyyəsi küçələrdə artıq hiss olunmağa başlayıb. Yeni ilin gəlişi təkcə küçələrdə deyil, geyimlərdə də özünü göstərir. Nədənsə çoxumuz adi günlərdə deyil, daha çox bayramda gözəl və çəkici görünməyə can atırıq. Lakin unutmaq lazım deyil ki, təkcə bayram günləri deyil, hər gün baxımlı olmaq hər bir qadının borcudur.

Hər gün dikdaban ayaqqabı geyinmək və seksual geyimlər geyinmək çətin olsa da, vacib iş görüşlərinə səliqəsiz getmək olmaz. Tabloid.az vacib iş görüşlərinə, önəmli tədbirlərə dəvət alanda və görüşlərə gedəndə sizi gözəl göstərən stillər toplayıb.

Dekabr ayı üçün stil təklifləri:


İlk olaraq şkafınızı istənilən geyimlə uyğun gələn üst geyim -  palto, plaş və ya gödəkcələrin olduğunu yoxlayın. Havalar soyuq, dəyişkən və çox gözlənilməz olduğuna görə müxtəlif hava şəraitinə uyğun geyimlərə yaraşan bir neçə ideya seçmək yaxşı olardı.

Bədən quruluşunuzu nəzərə aldıqdan sonra ona uyğun geyim seçin. Daha sonra isə gözəlliyinizi tamamlayan aksessuarlarla uyğunlaşdırın. Aksessuarlarda bayram əhval-ruhiyyəsinin hiss olunması çox yaxşı olardı.

Geyiminizlə uyğunlaşan şıq çantanız olduğundan əmin olun.

Kofta ilə ətək və ya klassik şalvar geyinmək qərarına gəlmisinizsə, maraqlı rənglər seçməyə çalışın.

Sevmədiyiniz və ya uyğun gəlməyən geyimlərinizi başqalarına bağışlayın.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər