Özəl:

Düzgün geyinməyin pik nöqtələri



Düzgün geyinməyin pik nöqtələri
Yaşına görə geyinməmək
Əgər yaşınız 30 və çoxdursa, kamuflyaj naxışlı paltarlarınızı dərhal qarderobunuzun dərinliklərinə basdırın ya da kiməsə verin. Çünki onlar həqiqətən gənclər üçündür.

Yalnız tayt geyinmək

Bəli taytlar bir neçə fəslidir çox moda amma əgər qıçlarınıza kifayət qədər güvənmirsinizsə, əsla taytı tək başına geyməyin. Uzun tunikler və dikdaban çəkmələrlə çox daha cazibədar görünəcəyiniz qəti!

Qəşəng də olsa ağ çəkmə

Modanın dəli uşağı Galliano belə, ağ,dikdaban çəkmələrin bir qadını xeyliləşdirməkdən başqa bir işə yaramadığını söyləyir. Siz onu dinləyin və əgər belə bir çəkməniz varsa, dərhal ondan imtina etmənin yollarını axtarın.

Yerinə görə geyinməmək
Qəşəng bir qonaqlığa salaş bir şalvarla, bir küçə festivalına gecə paltarıyla gedə bilməzsiniz. Bu ən sadə ədəb qaydasıdır. Əgər rahatlığınızın ön planda olacağı bir fəaliyyətə qatılırsınızsa, paltarınızı buna görə seçməyə diqqət edin.

Tək bir aksesuarla qəşəng olacağını düçünmək

Gözəllik bir bütündür və bunu əsla tək bir aksesuvarla təmin edə bilməzsiniz .Əgər hər tərəfiniz tökülürsə, yalnız çox trendy bir çanta və ya ayaqqabı geyərək özünüzü əsla qurtara bilməzsiniz. Tamamilə salaş və diqqətsiz olmaqmı?

Hər cür şişirtmə
Əgər qış aylarını qarın aylarla ərimədiyi bir yerdə keçirmirsinizsə, əsla belə bir bota ehtiyacınız olmayacaq. Xüsusilə də metropollarda! Havanın hər daim dəyişdiyi bahar aylarında daha məqbul paltarlar geyərək gülünc görünmə ehtimalını sıfırlaya bilərsiniz.

Tonları uyğunlaşdıra bilməmək

Rəng uyğunlaşması mövzusunda takıntılı ola bilərsiniz amma əgər tonları tutdura bilməyəcəksiniz, boşverin getsin! Həm də bütün stilistlər rəng uyğunlaşmasının çox dəbdən düşmüş olduğunu söylədiyi bu günlərdə!

Bədəninə görə deyil, trendlere görə geyinmək

Bir moda qurbanı kimi görünmək istəmirsinizsə, paltar alveri edərkən çox yaxşı düşünün. Kabinde geydiyiniz parçaların hər birini ayrı-ayrı araşdırın, bədəninə yaraşıb-yaraşmadığına baxın və elə alın. Yan qisimi daşlanmış jean şalvarlar moda olsa da bunun ancaq çox formada birinə yaraşacağını unutmayın.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər