Özəl:

Trapes şalvarı necə geyinək?



Trapes şalvarı necə geyinək?
İnsana nostalji bir görünüş bəxş edən bu trapes şalvarlarla stil yaratmaq çox asandır. Bunun üçün Ailem.az-ın təqdim edəcəyi bu 3 tövsiyəyə əməl edin, daha sonra trapez şalvar geyinə bilərsiz.

1. Düzgün şalvar seçin. Çox arıq, ya da tam əksi, bir az kilolu ola bilərsiz. Hər iki halda da bu cür geniş balaqlı şalvarlar geyinə bilərsiz, ancaq ayaqlarınıza yapışan modellərdən uzaq durun. Orta genişlikdə bir şalvar daha idealdır. Bundan başqa şalvarın uzunluğu qısa olmamalıdır. Hətta oturduğunuz zaman belə ayaqlarınız görünməsin. Əlbəttə,  "küçələri süpürən uzunluqda bir şalvar geyinin” demirik. Sadəcə geyindiyiniz dikdaban ayaqqabının hündürlüyünə uyğun bir uzunluqda olsun.

2. Diqqət edilməli məqam ayaqqabıların çox görünməməsidir. Əgər boyunuz hündürdürsə, o zaman düz ayaqqabılarla da bu cür şalvar geyinə bilərsiz. Ancaq paçaların yeri süpürmədiyinə əmin olun.

3. Trapes şalvarla geyinə biləcəyiniz üst geyimlər. Bu şalvarlar bol kəsimli olduğundan üstümüzə qəşəng, kip oturan geyim geyinmək daha uyğundur. Qısa, əyninizə yaxşı oturan pencəklərlə çox gözəl görünər. Köynək geyinsəniz, şalvarın için salın. Əgər enli köynək geyinmək istəyirsizsə, mütləq ortasından bir kəmər taxın.
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər