Özəl:

Qışda ağ cins necə geyinilir?



Qışda ağ cins necə geyinilir?
"Qışda ağ geyinilməz” qanunu çoxdan pozulub. Hər şeyə rəğmən qışda ağ cins geyinməkdə tərəddüd edir, ya da ağ cinsin necə geyinələcəyini bilmirsizsə, Ailem.az-ın bu yazısı sizə ilham verəcək.
 
Neytral tonlarla başlayın. Krem, açıq qəhvə, pudra rəngli köynəkləri ağ cinslə rahatlıqla geyinə bilərsiz. Eyni rəng tonlarında ayaqqabı və üst geyimləri geyinməyə üstünlük verin.
 
Ağ cinslə olduğundan daha balacaboy və kilolu görünmək istəmirsizsə, cins şalvarı ağın tonlarında, ya da ağa yaxın rənglərdə geyimlərlə geyinməyə çalışın.
 
Buna uyğun rəngdə ayaqqabı geyinməyə diqqət edin. Düz bir xətt sayəsində daha zərif və uzun görünəcəksiz.
 
Ağ cins geyindiyinizdə tünd tonlarda ayaqqabı, ya bot geyinsəniz üstdən eyni rəngdə pencək kimi üst geyimlər geyinin.
 
Boz rəng ağın ən çox yaraşdığı rənglərdən biridir. Boz köynək, ya pencək ağ cins və boz ayaqqabı.. Çox möhtəşəm görünəcəksiz.
 
Dəvə rəngli aksessuarla ağ cinsinizi tamamlayın. Dəvə rəngli palto, ayaqqabı və çanta ilə görünüşünüzü tamamlaya bilərsiz.
 
Ağ cins şalvarınızı sezonun modası olan pastel rəng paltolarla geyinə bilərsiz.
 
Sezonun hiti naxışlı saxta kürkləri də ağ cinslə kombinə edə bilərsiz.
 
Yağış, çiskinli hava sizi ağ cins geyinmək fikrindən daşındırmasın. Uzun çəkmələrinizlə şık görünüş əldə edə bilərsiz .

 

 

 

 

 

 

 

 

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər