Özəl:

Yayın qaynar trendləri



Yayın qaynar trendləri
Bu yayın əsas dəb tendensiyalarına ispansayağı fasonlar daxildir. Cari mövsüm İspaniya mədəniyyəti bir çox məşhur dizaynerin yaz-yay kolleksiyalarının ilham mənbəyi olub. Dizaynerlər sanki hamısı sözləşərək öz kolleksiyasında cəsarətli qırmızı rəngə və digər ispan motivlərinə üstünlük verib.

ispan trendi bir neçə aktual tendensiyaları özündə birləşdirir: gül motivləri, volan və büzmələr, eləcə də krujeva. Qara və qırmızının vəhdəti də yayın trendləri arasında göstərilir. Bu da təəccüblü deyil, axı qara ilə qırmızı demək olar ki, hamıya yaraşır. Sadəcə, düzgün çaları seçmək lazımdır. Qarabuğdayı qızlara xoş al-qırmızı çalarlar uyğun gəlir, solğun bənizli xanımlar isə qırmızının soyuq tonlara üstünlük verməlidir. Bu yay dəbdə olan qaraçı yubkaları və çiyni açıq bluzları qızılgüllər, lalələr, pionlar və digər bitki printləri ilə göz oxşayır. Qısa desək, flamenko rəqqasələrinin daha müasir versiyasını yaratmağa çalışmalısınız.

İspansayağı stilin mühüm atributları düzgün seçilmiş ayaqqabı və aksesuarlardır. Xüsusi ilə böyük sırğa və boyunbağılar, çoxqatlı bilərzik, espadril ayaqqabılar, eləcə də saça ilişdirilən çiçək broşları ispansayağı üslubun vacib detallarıdır.
loading...
Offline
  • Şərh №: 1
  • 5 iyul 2016 13:03
  • Xəbər sayı: 211
  • Şərh sayı: 1240
mene ferqi yoxdur nece istesem mene nece xos olsa ele geyirem

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər