Özəl:

Dəb dünyasının ən yaxşı ixtirası yenidən aktualdır



Dəb dünyasının ən yaxşı ixtirası yenidən aktualdır
Kombinezonlar dondan sonra dəb dünyasının ən yaxşı ixtiradır, çünki onunla nəyi və necə uyğunlaşdıracağınız barədə uzun-uzadı düşünmək lazım gəlmir. Belə bir maraqlı fakt qarderoba bir neçə kombinezon daxil etmək üçün tutarlı səbəbdir.

kombinezon daha çox fəhlə geyimi kimi tanınsa da, qədimdə bu cür geyimi kimyaçılar geyinərdi. Onlar öz seçimini bununla izah edirdilər ki, qapalı geyimlər onlara daxili enerjini saxlamağa kömək edir. Ötən əsrdə "Levis” cins brendinin yaradıcısı Levi Strauss kombinezonu sadə əhalinin bütün təbəqələri üçün təklif edib. İlk model cinsdən hazırlanmışdı və onları əsasən fəhlələr geyinirdi. 1990-cı illərdə isə bir çox ölkələrdə hamilə qadınların əksəriyyəti əsas uniforma olaraq kombinezon seçirdi.

Son illər kombinezonlar qadın qarderobunda öz yerini daha da möhkəmlədib. Modellərin müxtəlifliyi isə istənilən zövqü təmin etməyə imkan verəcək. Belə paltar ofis üçün çox rahatdır, onlar zərifliyi ilə işgüzar kostyumdan heç də geri qalmır. İşgüzar qadınlar üçün bir rəngli, klassik kombinezonlar daha məqsədəuyğundur.

Yay aylarından kombinezonlar xüsusi ilə aktual olur. Dizaynerlər bu geyimin pərəstişkarları üçün kombinezonların qısa, şortik variantını da təklif edirlər.

Çiyni açıq, yaxud dərin sinə dekoltesi olan kombinezonlar axşam dəvətləri üçün də uğurlu seçim ola bilər. Sözsüz ki, onlar klassik modellərdən bir qədər fərqlənir və daha cəlbedici rəngdə təqdim olunur.
loading...
Offline
  • Şərh №: 1
  • 18 iyun 2016 16:24
  • Xəbər sayı: 18
  • Şərh sayı: 198
maraqli oldu

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər