Özəl:

Ehtiras, bədbəxtlik, yoxsa dəb?



Ehtiras, bədbəxtlik, yoxsa dəb?
Rənglərin çox qədim tarixi simvolik əhəmiyyətləri mövcuddur. İbtidai icma quruluşunda belə, insanlar "rənglərin dili”nə daha çox üstünlük verirdilər. Hətta astrologiyada günəş şüalarının mövcud yeddi əsas planetin sayına uyğun olaraq yeddi rəng çalarında şölə saçdığı deyilir: qırmızı rəng – Marsı, göy rəng - Veneranı, sarı rəng – Merkurini, yaşıl rəng – Saturnu, narıncı rəng – Günəşi, bənövşəyi rəng –Ayı, tünd qırmızı  rəng – Yupiteri. Bu rənglərlə planetlər, onların insan psixologiyasına müxtəlif təsirləri, sosial statusları simvolizə olunub. Bu isə özünü ən çox geyimlərdə, xalq məsəllərində və adət-ənənələrdə göstərir.
 
Psixoloq Rafiq Allahverdiyev deyir ki, hər bir adam rəngləri öz xarakterinə uyğun olaraq seçməyə çalışır. Maraqlı orasıdır ki, rənglər insan həyatında ən çox da geyimlərdə özünü təzahür etdirir. Rənglər bizim psixoloji əhvalımıza təsir etmək gücünə malikdir.
 
Qara rəng ümumi qaydalara uyğun olaraq, bədbəxtliyi, dərdi-qəmi, faciəni simvolizə edir. Qədim Meksikada yas mərasimlərində insanın üzü və əlləri qara rəngə boyanardı. Lakin bununla yanaşı, qara rənglə cinsi ehtiraslılıq arasında ümumi əlaqə mövcuddur. Bəzi Afrika qəbilələrində tünd qara rəngli qadınlar həyat yoldaşındansa "sevgili” kimi daha çox önəm daşıyırlar. Sevgi ehtirasları həmişə qaranlıq və sirlərlə dolu olur. Ərəblərdə "gözün qaralığı” aşiqlik kimi, "tutqun ürək” sevgi mənasında ifadə olunur. Bu yöndə qara rəng həm də gözəl təəssürat kimi xarakterizə oluna bilər. Eyni zamanda, qara rəng geyim vasitələrində stereotip davranış forması olaraq, ciddilik kimi də qəbul edilir. Qara rəng, digər rənglərdən fərqli olaraq, artıq çəkini gizlətmək və cazibədarlıq görkəmini artırmaq kimi sehrli xüsusiyyətə malikdir.
 
Psixoloqun fikrincə, qara rəng zadəganlıq rəmzidir, lakin o, nə çox gözə çarpır, nə də kütlədən təcrid olunur. Müsbət assosiasiyaları: ləyaqətlilik, sirlilik, ciddilikdir: "Məsələn, ziyafətlərdə sadə balaca şaldan istifadə etsəniz, siz əlbəttə ki, diqqətdən kənarda qalmazsınız. Qara rəng təzad yaratmaq kimi əla xüsusiyyətə malikdir: qara ətək və qırmızı köynək, eyni zamanda qara pencək - qırmızı qalstuk. Qara rəngi üzünüzə daha çox yaxın səmtdə ön planda istifadə etməyin: bu rəng üzdəki canlılığı, şövqü itirir. Xüsusilə, kişilərlə yeni tanışlıq zamanı qara rəngli geyimlərdən uzaq olun – güclü cinsin nümayəndələri qara rəngdən daha çox istifadə etmiş qadınlara yaxınlaşmaqdan çəkinirlər. Çünki bu rəng münasibətlərdə rəsmi məsafə yaradır”.
 
Psixoloq deyir ki, bəzi insanlar yeri oldu-olmadı qara rəngli geyimlərə üstünlük verirlər. Bu istək onların qara rəngə olan sevgisindən irəli gəlmir. Bu, qara geyinənlərin şüuraltı tənbəlliyinin məhsuludur. Yəni, qara rəng gec çirkləndiyi üçün insanlar daha çox bu rəngə üstünlük verir. Ancaq qara geyinənlər unutmamalıdır ki, hər rəngin öz aurası və təsir gücü var. Qara geyinən insanlar çox zaman kədərli və əsəbi olurlar.
 
Modelyer Nərminə Rüstəmova isə qara rəngin hər zaman dəbdə olduğunu bildirir. Onun fikrincə, qara rəngin elə bir sehri var ki, illər, əsrlər ötsə belə, bu rəng heç bir zaman dəbdən düşməyəcək: "Qara rəng qadını sehrli də göstərə bilər, qəmli də.  Buna görə də qara rəngdən düzgün istifadə etməyi bacarmaq lazımdır. Qara rəng  açıq dərili əsmər və qumral qadınlara daha çox yaraşır. Qara xarici görkəmi daha  aydın və effektli edir. Bunun əskinə olaraq isə, sarışın qadınlara vizual olaraq yaraşmır”.
 
Modelyer bildirir ki, qara rəngdən daha çox kök qadınlar istifadə etməlidir. Qara rəng  insanı olduğundan 2-3 ölçü daha çəkisiz göstərir. Əgər qara rəngi sevirsinizsə və bundan imtina edə bilmirsinizsə, onu bej və ağ rəngli geyimlərlə uyğunlaşdırın: "Qadın qara rəngli geyimlərdə daha qadınsal və sehrli göründüyü üçün bir çox gənc qızlar da bu rəngə üstünlük verir. Bunu düşünən Koko Şanel gənc qızlar üçün qısa  qara paltarları dizayn etdi. Əgər siz də qara rəngin vurğunusunuzsa, çalışın qarderobunuzda qısa qara paltar olsun. Əgər darıxdırıcı görünmək istəmirsinizsə, qara rəngli geyimləri mütləq başqa rəngli aksessuar və geyimlərlə uyğunlaşdırın”.
 
Müsahibimiz, hər il olduğu kimi, bu il də qara rəngin dəbdə olduğunu vurğuladı. Bu il dünya dizaynerləri qara rəngli krujevalara daha çox üstünlük verib. Qara rəngli güpür və krujevaları bütün geyimlərlə uyğunlaşdırmaq olar: "Siz qısa qara krujeva paltar ala bilərsiniz və ya paltarlarınızı qara rəngli güpür, krujeva və ya biserlərlə bəzəyə bilərsiniz. Bunu özünüz də evdə edə bilərsiniz. Rəngini sevmədiyiniz hər hansı bir paltarınızı götürüb qara biser və krujeva ilə bəzəsəniz, dəbə uyğun yeni bir geyim yaratmış olarsınız. Əgər qara rəngli paltar geyinirsinizsə, bu rəngin gözəlliyinizi öldürməməsi üçün parlaq rəngli dodaq boyası, hündür dabanlı ayaqqabı seçin. Saçlarınız isə hər zaman səliqəli olmalıdır. Qara rəng dağınıq saç, makiyajsız üz və dabansız çəkmə üçün deyil”.
 
Modelyer, xanımlarımıza məsləhət görür ki, qarderoblarında olan bütün qara geyimləri müxtəlif rənglərlə uyğunlaşdırsınlar. Çünki qara rəngin sehri ancaq başqa rənglərin əhatəsində özünü göstərə bilir: "İnsan özünə yaraşanı geyinməlidir. Elə dəb də budur. Geyim sizə yaraşırsa, deməli, dəblisiniz. Rəngindən asılı olmayaraq, hər zaman özünüzə yaraşanı geyinin”.
 
Vizajist Nigar Ağayeva deyir ki, makiyajda qara rəng adətən göz qələmi, sürmə, tuş və göz kölgələrində istifadə edilir. Qara rəng üzü də sehrli göstərir: "Qara rəng olmasa, üz solğun görünə bilər. Buna görə də qara rəngi makiyajın özəyi hesab etmək olar. Qara göz kölgələri sizi müxtəlif partilər, ziyafətlərdə daha seksual və gözəgəlimli göstərəcək. Qara rəng dəbdən düşməyən rəngdir. Amma bu rəngi yaşı 30-u keçmiş qadınlar istifadə etsə, daha yaxşı olar. Çünki qara rəng gənc qızları daha bayağı göstərir”.
 
Müsahibimizin sözlərinə görə, bəzi qızlar yaraşdı-yaraşmadı, saçlarını qara rəngə boyayırlar. Amma unutmaq olmaz ki, qara rəng bir qədər yaşlı qadınlar üçün nəzərdə tutulub: "18 yaşlı qızın saçlarını qaraya, göy qaraya boyaması çox gülüncdür”.
loading...
Offline
  • Şərh №: 1
  • 25 noyabr 2015 15:49
  • Xəbər sayı: 211
  • Şərh sayı: 1240
men her rengde geyimlerden istifade edirem rengin ferqi yoxdur menim ucun

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər