Özəl:

Pirsinq yeni dәb deyil



Pirsinq yeni dәb deyil
Pirsing — ingiliscәdәn tәrcümәdә body piercings yә`ni bәdәn pirsingi demәkdir. Әslindә pirsing qәdim
tarixә malikdir.
Hindistanda qadınlar burun deşiklәrinә qızıl halqa taxırdılar. Bu onların әrlәrinә aid olmasını göstәrirdi. Qәdim
Misirdә isә göbәk pirsingi geniş yayılmışdır.
«Müasir Pirsingin Yaradıcıları» — Duq Mallo vә Cim Vard hesab olunur. 1975­ci ildә Cim Vard Uest­Hollivud
şәhәrindә (ABŞ) ilk pirsing salonu açdı. Vә bununla da pirsing bizim indiki dövrümüzә gәlib çıxdı. Duq Mallo
özüdә pirsing daşıyıcısı idi.
Sinә (döş) pirsingi Qәdim Romada (inkişaf etmiş dövlәtlәrdә) yaranmışdır. Yuli Sezarın qoruyucuları, Roma
senturionları (qәdim Romada 100 nәfәrdәn ibarәt qoşun dәstәsi başçısı) döşlәrinә üzük keçirirdilәr — bu da
şücaәt, mәrdlik vә kişilik әlamәti idi.
Әn qәdim pirsingli mumiya 1991­ci ildә Avstriyanın Similaun buzlaqlarında tapılmışdır. Mumiyanın yaşı
tәxminәn 5300dәn artıq idi. Onun qulağında deşik vardı vә bu dini mәrasimlә әlaqәlәndirilir. Bәzi qәdim
tayfalar dini mәrasimlәrdә pirsinglәrdәn istifadә edirdilәr. Vә bu adәt indiyәdәk bәzi tayfalarda yenә hökm
sürür.
Pirsing fanatı olan ingilis Lesli Xovell bu barәdә Ginnesin Rekordlar Kitabına düşüb. Onun bәdәnindә düz 118
dәlik vardı. Lesli çox ağır xәstәlikdәn vәfat etdi. Onun qanı dәhşәtli dәrәcәdә çirklәnmişdi, dәmir bәdәndә
qaldıqca müxtәlif mikroblar vә infeksiyalar buraxır. Vә bunun nәticәsindә bәdәndә olan qan tamamilә çirklәnib
xәstәlik әmәlә gәtirir. Hәkimlәrin mәlumatına görә dәmir qanda qaldıqca qan rәngini dәyişir. Dәmir tәrkibindә
olan bütün infeksiyaları qana ötürür.
Ilk burun pirsingi Yaxın Şәrqdә 4000 il bundan әvvәl yaranmışdır. İbrahimin oğlunun anasına ilk hәdiyyәsi
"qızıl sırğa” olur — Shanf. Shanf — bu söz hazırda Avropada "burun üzüyü” kimi işlәdilir.
Son vaxtlar pirsingin yeni növü dәbә minib. Brain­pirsing....... Bәli, bәli.... Adından gööründüyü kimi beyin
pirsingi. Xüsusi narkozla olunan bu pirsing çox tәhlükәlidir. Beyindә tәsiredici olmayan yerdә iki deşik açılır.
Vә hәmin deşiklәrә brain­pirsing üçün nәzәrdә tutulmuş xüsusi halqalar taxılır. Lakin bu halqalara möhkәm
dәyildikdә, toxunulduqda beyindә qanaxmalar vә daha tәhlükәli şeylәr baş verir. Hәtta ölümlә belә nәticәlәnir.

Ölümdәn qorxmayan vә hәyata yalnız negativ gözlә baxan insanlar bu pirsingdәn istifadә edirlәr. Hazırda
xaricdә brain­pirsing nәticәsindә onlarla insan dünyasını dәyişib.
XVI әsrdә pirsing Avropa ölkәlәrindә dәbdәn düşdü. Bunun sәbәbi qulağı örtәn saç düzümlәrinin meydana
gәlmәsi idi. 1930­cu ildә Şimali Amerikda yenidәn dәbә gәlәn pirsingi kişilәr dәbә gәtirdi. Hәmin dövrlәrdә
kişilәr daha çox pirsingdәn istifadә edirdilәr. Qulaq pirsingi daşıyıcılarından Uiliyam Şekspiri, İngiltәrә kralı
Kral I, Uolter Roli, Fransa kralı Henrik III vә.s misal gәtirmәk olar.
1997­ci ildә Eleyn Devidson Lesli Xovellin Rekordunu dәyişdi. O bәdәnindә 462 dәliklә Ginnesin Rekordlar
Kitabına imza atdı. Onun tәk başında 192 dәlik vardı.

loading...
Offline
  • Şərh №: 1
  • 28 iyul 2015 11:40
  • Xəbər sayı: 2
  • Şərh sayı: 173
pirsinq cooooox sevirem. gelecekde burnuma falan xirda pirsinq taxacam.
cunki menim stilime daha uygundu prisinqler falan)

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər