Özəl:

Qiymətli daşların sağlamlığa təsiri haqqında bilinməyənlər



Qiymətli daşların sağlamlığa təsiri haqqında bilinməyənlər
Daşların magik, müalicəvi təsir xüsusiyyətləri və bu təsirlərə inam çox qədim əsrlərdən qaynaqlanır. Demək olar ki, bütün dağ mineralları müalicəvi xüsusiyyətlərə malikdir. Uzun əsrlərdir ki, litoterapiya bir çox müxtəlif ölkələrdə tətbiq edilir. Qədim Misir papiruslarında isə daşların müalicəvi xüsusiyyətləri və bunlara aid müxtəlif reseptlər vardır.
Tibet təbibləri özlərinin tibbi traktatlarında 58 mineraldan hazırlanmış müxtəlif dərmanlardan bəhs etmişlər, bunlardan əlavə qədim ərəb həkimləri də xəstəliklərin müalicəsində müxtəlif minerallardan istifadə etmişdir. "Çaraka-Samxita” və "Suşutra-Samxita” kimi qədim hind tibb traktatlarında da daşların müalicəvi xüsusiyyətlərindən danışılır.
Müasir dövrdə daşların müalicəvi təsirinə olan maraq günü-gündən artır. Bu sahədə Fransa, Almaniya və s. ölkələrdə bir çox tədqiqatlar aparılır və daşların müalicəvi təsirləri öyrənilir. Son zamanlar litoterapiyanı XXI əsrin təbabəti hesab edirlər.
Kəskin infeksion xəstəliklər, yüksək təzyiq və temperatur, kəskin ağrı və hamiləlik zamanı litoterapiyadan istifadə etmək olmaz. Bunlardan əlavə ciddi ürək-damar xəstəlikləri, kəskin stenokardiya, insult və infarktdan sonra, onkoloji xəstəliklər zamanı da bu üsuldan istifadə edilməsə yaxşıdır.
Qiymət daşların müalicəvi xüsusiyyətləri haqqında maraqlı məlumatları təqdim edirik:

Akvamarin
Diş, mədə, qaraciyər ağrılarını azaldır, orqanizmin immun müqavimətini artırır. Dəniz xəstəliyini, allergik xəstəlikləri müalicə edir. Görmə qabiliyyətinin artırır.

Aqat
Uzun müddət davam edən öskürəkdə, boğaz və diş ağrılarında istifadə edilir. Belə hesab edilir ki, bu daş insanı podaqra xəstəliyindən və radiasiyadan qoruyur, potensiyanı artırır, qıcolmaların qarşısını alır, insanı radiasiyadan qoruyur. Mədə turşuluğunu normallaşdırır. Körpə uşaqların isə qorxmasının qarşısını alır, sakitləşdirir, onların erkən yerimələrinə kömək edir.

Aleksandrit
Qan dövranını yaxşılaşdırır, qanı təmizləyir, damar divarını möhkəmləndirir, qanyaranmanı artırır. Hindistanda bu daşdan alkoqolizmin və qoturluğun müalicəsində istifadə edilir.

Almaz
Yüksək temperaturu aşağı salır, yorğunluğu azaldır, mübadiləni sürətləndirir, infeksiyalarla mübarizə aparır. Böyrək daşının yaranmasının, dəri xəstəliklərinin, şizofreniyanın və depressiyanın qarşısını alır.

Amazonit
Sinir sistemini sakitləşdirir, yorğunluğu azaldır, insan psixikasına müsbət təsir göstərir. Ürək əzələsini möhkəmləndirir. Baş ağrılarının qarşısını alır. Dərini cavanlaşdırır, rəngini yaxşılaşdırır.

Ametist
Endokrin və sinir sistemini möhkəmləndirir. İntellektual qabiliyyəti artırır. Alkoqola qarşı ikrah hissi yaradır.

Avantürin
Arterial təzyiqi azaldır, nevralgiyanı, bronxiti, soyuqdəyməni müalicə edir, yaraların sağalmasını sürətləndirir, görməni yaxşılaşdırır. Tüklərin tökülməsinin qarşısını alır.

Ay daşı
Tibet xalq təbabətində ay daşından epilepsiyanın, müxtəlif qıcolmaların, astenik vəziyyətlərin müalicəsində istifadə edilir.

Azurit
Hpertoniya müalicə edir, sınmış sümüklərin bitişməsini sürətləndirir, melanxoliya, hallüsinasiya, isteriya və epilepsiyanın qarşısını alır. Qanı təmizləyir, astmatik tutmaları səngidir.

Beril
Müxtəlif ginekoloji xəstəliklər, sinir pozğunluqları, bel, kürək ağrıları, soyuqdəymə, zökəm zamanı istifadə edilir.

Bezoar
Arsen zəhərlənməsində, çətin doğuşlarda, sidik kisəsi xəstəliklərində istifadə edilir. Belə güman edilir ki, İran şahı Napoleona bezoar hədiyyə etmişdir, o isə bu daşın müalicəvi təsirinə inanmayaraq onu oda atıb yandırmışdır. İngiltərənin kraliçası Yelizaveta daima yanında bu daşı gəzdirərdi.

Dioptaz
Orqanizmin ümumi tonusunu artırır, daxili və xarici yaraların sağalmasını sürətləndirir, ürək fəaliyyətini stimullaşdırır. İnfarktdan sonra yaranmış fəsadları yüngülləşdirir.

Firuzə
Gecələr yata bilməyənlərə, dəhşətli yuxu görən insanlara tövsiyə edilir. Xüsusilə ürək, ağciyər, qaraciyər və mədə üçün faydalıdır. Görmə qabiliyyətini yaxşılaşdırır, baş ağrılarını azaldır. Belə hesab edirlər ki, üzərində firuzə daşı gəzdirən insanlar xəstələnən zaman bu daş da öz rəngini dəyişir.

Heliotrop
Orqanizmin normal həyat fəaliyyətini bərpa edir. Zəhərlənmələrin qarşısını alır, qanı təmizləyir, qanda hemoqlobinin miqdarını artırır. Sərbəst radikalları orqanizmdən çıxarır. Psixoloji sonsuzluqla mübarizə aparmağa kömək edir.

Hematit
Arterial təzyiqi normallaşdırır, stresslə mübarizə aparır, potensiyanı artırır. Zöhrəvi xəstəliklərin müalicəsində kömək edir. Qədim Romada varlı qadınların əlinə doğuş zamanı bu daşdan qoyurdular ki, qanaxma baş verməsin.

Kəhrəba
Qədim zamanlardan bəri belə hesab edirlər ki, kəhrəbanın müalicə edə bilmədiyi xəstəlik yoxdur. Tərkibində yod olduğuna görə qalxanabənzər vəzi xəstəliklərində istifadə edilir. Qanın parçalanmasının qarşısını alır. Dişləri yenicə çıxan uşaqlara damaqlarını qaşımaq üçün kəhrəba çox faydalıdır. Baş ağrıları zamanı gicgah nahiyələri kəhrəba lövhələri ilə masaj edilir. Mastopatiya zamanı da ondan istifadə edilir.

Kvars
Kvars döş qəfəsi orqanlarının fəaliyyətinə müsbət təsir edir, soyuqdəymənin qarşısını alır. Müntəzəm olaraq kvarslı su ilə yuyunma dərinin elastikliyini artırır, onu daha hamar edir.

Qaqat
Qədimdən belə hesab edirlər ki, bu daş hamilə qadınların talismanıdır. Həmçinin görməni də yaxşılaşdırır. Ağrıkəsici təsirlərə malikdir.

Malaxit
Sağlamlıq daşı hesab edilir. Astma, revmatizm, diş ağrıları, zəhərlənmə zamanı istifadə edilir. Amerikalı alimlər bildirir ki, malaxit antiradioaktiv təsirlərə malikdir. Daşın rəngi nə qədər parlaqdırsa, daşın təsir gücü bir o qədər artıqdır.

Mirvari
Mirvari sinirləri sakitləşdirir, yaddaşı möhkəmləndirir, görmə itiliyini artırır. Mirvari çox güclü qankəsici təsirə də malikdir. Buna görə də onun tozundan diş əti və babasil qanaxmalarında istifadə edilir. Orta əsrlərdə anemiyası olan uşaqlara mirvari tozu qatılmış süd içirdirdilər.

Nefri
Qərbdə bu daşı "böyrək daşı” hesab edirlər. Buna görə də daha çox uroloji xəstəliklər zamanı tətbiq edilir. Bundan əlavə nefrit təzyiqi normallaşdırır, beyin qan dövranını yaxşılaşdırır, yorğunluğu aradan qaldırır.

Oniks
Potensiyanı artırır, eşitməni itiləşdirir, insanı cavanlaşdırır, yaddaşı möhkəmləndirir. Belə hesab edilir ki, oniksdən hazırlanmış fincandan su içdikdə yorğunluq və aclıq hissi azalır.

Opal
Sinirləri sakitləşdirir, ürəyin, hipofizin və epifizin fəaliyyətini yaxşılaşdırır, potensiyanı artırır. Orqanizmdə xəstəlik olduqda opal öz parlaqlığını itirir.

Yaqut
İmmun sistemi möhkəmləndirir, maddələr mübadiləsini yaxşılaşdırır, həyat gücünü və tonusunu artırır. Ürəyin və beynin fəaliyyətini tənzimləyir.

Sapfir
Qədim zamanlardan göz xəstəliklərinin müalicəsində istifadə edilir. Arterial təzyiqi aşağı salır, şəkərli diabet zamanı müsbət təsir göstərir.

Sirkon
Qaraciyərin fəaliyyətini artırır, hipofiz və qalxanabənzər vəzin işinə müsbət təsir göstərir. Yuxusuzluğun qarşısını alır. Qdəimdə hesab edirdilər ki, qırmızı sirkon (giasint) dölün düşməsinə kömək edir.

Süleyman daşı
Orqanizmi təmizləyir, zədələnmiş orqanlarda sağalmanı sürətləndirir, ürək fəaliyyətini stimullaşdırır. Qırmızı süleymandaşı endokrin və həzm xəstəliklərinin, yaşıl süleymandaşı sinir və qan damar sistemi xəstəliklərinin müalicəsində istifadə edilir. Ağ süleymandaşı mədə şirəsi və ağız suyu ifrazını tənzimləyir, sarı və qəhvəyi süleymandaşı isə qəbizlikdə, bir çox dəri xəstəliklərində və allergiyada effektiv təsirə malikdir. Belə hesab edirlər ki, bu daş hamilələrdə doğuşu yüngülləşdirir.

Topaz
İmmun sistemi möhkəmləndirir, soyuqdəymədən qoruyur, qorxunu götürür, yuxunu yaxşılaşdırır. Qızılı rəngdə olan topaz daha energetik hesab edilir.

Yəşəm daşı
Ömrü uzadır, insan gücünü bərpa edir, yaddaşı möhkəmləndirir, yuxunun keyfiyyətini yaxşılaşdırır. Qədim Romada xəstə insanlar boyunlarında adları yazılmış yəşəm daşı gəzdirirdilər.

Zümrüd
Qədimdən bu daş göz xəstəliklərinin müalicəsində istifadə edilir. Bir çox iltihabi və infeksion xəstəliklərlə mübarizə aparır, temperaturu aşağı salır.

Qiymətli daşların qan qrupuna görə seçilməsi:
I qan qrupu: Sarımtıl-narıncı rəngdən qırmızı, purpur rəngə qədər olan qiymətli daşlar
II qan qrupu: Mavi və yaşıl rənglərdə olan qiymətli daşlar
III qan qrupu: Qırmızı, narıncı, mavi, yaşıl və bənövşəyi rənglərdə olan qiymətli daşlar
IV qan qrupu: Mavi və yaşıl rənglərdə olan qiymətli daşlar
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər