Özəl:

Qadınların simasını qoruyan aksessuar



Qadınların simasını qoruyan aksessuar
Vaxtilə çətirdən qızmar Günəşin şüasından qorunmaq üçün istifadə edilib. Hətta bununla bağlı qədim bir hind əfsanəsi var. Deyilənlərə görə, xeyirxah qəlbi və yaxşı yemək bişirməyi bacaran Zitanın bu xüsusiyyərlərinə rəğmən heç kim ona evlilik təklif etmirmiş. Çünki Günəş Zitanın gözəlliyinə xələl gətiribmiş. O evin qayğılarını çəkirmiş, mətbəxdə çox vaxt keçirirmiş. Bu səbəbdən Günəş onun siması yandırmışdı, şişmişdi. Ancaq Zitanın bəxti gətirir və Baxma Allahı bu xanımı ərə verməyi qərara alır. Ona vəhşi quşların lələklərindən və müqəddəs ağacların yarpağından hazırlanmış, xüsusi sapı olan çardaq hədiyyə edir. Bundan sonra  Günəş Zitanın burnunu yandırmadı, onun üzünə təbii rəngi qayıtdı və şişkinliyi aradan qalxdı. Hamı onun əsl gözəlliyini görə bildi. İnsanlar başa düşdü ki, sadə çətir nəyə qadirdir.
Hesab edilir ki, Günəş qoruyucu çətir hələ eramızdan əvvəl İX əsrdə olub. Onda aristrokratlar, kübarlar və cəmiyyətin yüksək təbəqəsinin üzvləri çətirdən istifadə edirmiş. Çətirin çəkisinin ağırlığı və ölçüsünün böyüklüyü onun sahibinin önəmindən xəbər verirdi.
Hindistan hakiminin 13 çətiri var imiş. 12-si zodiakın bürcləri, biri isə Günəş çətiri imiş. İsti ölkələrdə - Assuriyada, Qədim Çində, Misirdə də çətirlər çox populyar idi.

 

Hətta Çində və İranda çətirçi peşəsi var idi.
Yapon qadınları da ağbənizli simalarını Günəşdən çətir vasitəsilə qoruyurdular.
Ancaq XVİİ əsrdə Qərbi Avropada çətirlər meydana çıxıb. Adətən çətirlər geyimin rəng tonuna uyğun hazırlanırdı. Daha sonralar isə ziddiyyətli modellər ortaya çıxdı. Bir müddət əvvəl bap-balaca «markiza» modelli çətirlər dəbdə idi.
Çətirin yaradıcısı, ixtiraçısı ingilis Conas Henvey hesab edilir.  «Frauenzimmerlexikon»  nəşri yazırdı ki, vaxtilə alicənab adamlar yağış yağanda evdən çölə çıxmırdılar:”Çətirdən günəş yanmasından, bəzən isə yağış yağanda istifadə edilirdi”.
O dövrdən sonra yağış üçün çətirin tərəfdaşları çoxaldı. XİX əsrdə çətirdən çox istifadə edilib. Müxtəlif ornamentli, parçalı, sapı sümükdən olan çətirlər hazırlanırdı. Yağış çətiri əsl ingilis centelmeninin ayrılmaz atributuna çevrildi. Unutmamısınız ki, məhz çətir Şerlok Holmusu professor Moriatrla tutuşmada xilas etdi.
Günəş çətirləri krujeva, şəbəkə, torla,  naxışla, applikasiya, qurama, ipəklə bəzənirdi. Çətirin sapının əl tutan yeri müxtəlif fiqurlar formasında hazırlanırdı. Məsələn, qadın başı,  gümüşü çiçək dəstəsi və daş-qaşlarla bəzənirdi. Yağış çətiri isə adi sintetik, su keçirməyən materillardan (neylon, poliamid) hazırlanırdı. XX əsrin əvvəllərində isə  qadınlar zərif günəş çətirləri gəzdirirdilər. Lakin I Dünya Müharibəsindən sonra eyni zamanda günəşdən və yağışdan qoruyan çətirlər ortaya çıxdı. Və XX əsrin 50-ci illərində çətirlərin ölçüləri əhəmiyyətli dərəcədə kiçildi və tarixin ən gərəkli ixtirasından birinə çevrildi.


 

 

 

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər