Özəl:

"Krepvil" tortu



Tərkibi: 
xəmir (d=22 sm olan korjlar üçün): 

80 q kərə yağı
100 q şəkər tozu
2 yumurta
300 ml süd
1/2 ç.q. qabartma tozu
800-900 q un

krem: 
650 ml süd
1 budaq vanil
3 yumurta
4 x.q. nişasta
1 banka bişmiş qatılaşdırılmış süd
120 q otaq temperaturunda yağ

Hazırlanması:
Korj: 
Otaq temperaturunda kərə yağını şəkər tozu ilə çalın. Yumurtaları əlavə edib çalın. Süd qatıb qarışdırın. Unun bir hissəsini qabartma tozu ilə ələyib qatın. Sonra tədricən unun qalanını əlavə edib xəmir hazırlayın. Xəmir yumşaq olmalı, amma ələ yapışmamalıdır. Üzərini örtüb isti yerdə yarım saat saxlayın (bu müddətdə kremi hazırlamaq olar). 

Sobanı 170 dərəcə qızdırın.

Xəmiri yuvarlayıb kolbasa formasına salın. Sonra 20 bərabər hissəyə bölün. 

Hər birini 22 sm diametrində yayın. Belə etmək olar: silikon sinidə yayın, sonra kənarı açılan formanın elə kənarıyla da (22 sm diametrli) kəsin. Amma qıraqlarını götürməyin, onlar da korjla birlikdə bişsinlər, tortun üzərinə səpmək üçün əladır. Bir korj bişən müddətdə digərini yayıb hazırlayın. Çünki 1 korj 4-5 dəqiqəyə bişir. 

Yaxşı olar ki, kremi əvvəlcədən hazırlayıb korjların üstünə isti-isti yaxasınız. Bu zaman korjlar quruyub əyilmir, tort da hamar və səliqəli alınır. 

Krem. Bişmiş qatılaşdırılmış süd yoxdursa, adi qatılaşdırılmış südü qazanda soyuq suya qoyun. Vam odda 2 saat bişirin. Diqqət edin ki, su buxarlanıb bankanın aşağısına enməsin, lazım gələrsə, qaynar su əlavə edin (yoxsa partlaya bilər). 

Tavaya süd tökün, vanilin budağını ortadan bölüb dənələrini südə qatın. Ocağın üstünə qoyun. Süd qızan müddətdə başqa qabda yumurta ilə nişastanı ağarıb həcmi artınca çalın. Çalmağı dayandırmadan qaynar südü əlavə edib bir qədər də çalın. Sonra ocağın üzərinə qaytarıb qatılaşanadək qarışdıraraq bişirin. Çalışın, lopa qalmasın. Əgər lopa əmələ gələrsə, kremi ələkdən keçirin. Soyudun. Kərə yağını bişmiş qatılaşmış südlə çalın. Ərzaq otaq temperaturunda olmalıdır. Bişmiş kremi də əlavə edin, yenidən çalın. 

Hər korjun üzərinə bol-bol krem çəkin (tortun üzəri və kənarı üçün də krem saxlayın), üst-üstə düzün. Korjların kənarında qalan artıqları xırdalayın. Sonra isə tortun üzərinə səpin. Tortu bir gecə soyuducuda saxlayın. 

Nuş olsun!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər