Özəl:

"Krayşnik" piroqu



Tərkibi (8 pay):
xəmir: 

350 q un 
180 ml isti su
7 q quru maya
1 ç.q. şəkər tozu
1 ç.q. duz
2 x.q.q zeytun yağı

iç: 
göy soğan 
1 banka (400 q) öz şirəsində pomidor 
duz
istiot
kəklikotu qurusu
250 q qızılbalıq filesi 
1 x.q. zeytun yağı
300 q motsarella 
3 yumurta
1 ç.q. limon şirəsi 
2 x.q. 20%-li qaymaq 
40 q adi pendir

Hazırlanması:
Xəmir üçün göstərilən ərzağı qarışdırıb yoğurun. 2 saat isti yerdə saxlayın. 

Pomidorları suyu buxarlanınca bişirin. Soğanı xırdalayıb əlavə edin, 2 dəqiqə bişirin. Başqa qaba yığın.
Elə həmin tavaya zeytun yağı töküb qızılbalığı ala-çiy bişirin. 
Ayrı qabda yumurta, qaymaq, sürtgəcdən keçirilmiş motsarella, 2 yumurta və 1 yumurtanın ağını qarışdırın. (Yumurtanın sarısı üstünə çəkiləcək). 

Gəlmiş xəmiri yayın. Ortasına pomidorla soğanı, qızılbalıq tikələrini düzün. Kənarlarını yumrulayıb qaldırın. Üzərinə yumurta ilə qaymaq qarışığı çəkin, sürtgəcdən keçirilmiş pendir səpin. 
200 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. 

Nuş olsun!
Offline
  • Şərh №: 1
  • 21 mart 2017 13:31
  • Xəbər sayı: 17
  • Şərh sayı: 140
Piccaya benzedi biraz.Dadli olar.

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər