Özəl:

Kakaolu keks resepti



Kakaolu keks resepti
Tərkibi:
4 yumurta,
325 qram kərə yağı (otaq temperaturunda),
100 qram kakao (əlavə olaraq qəlibə qoymaq üçün 2 şorba qaşığı kakao),
240 ml qaynar su,
250 qram qatıq(süzülmüş),
450 qram toz şəkər,
425 qram un,
1 çimdik duz,
10 qram qabartma tozu (1 paket),
10 qram soda,
1 şirniyyat qaşığı vanillin,
1 çaystəkanı şokolat,

Üzərini örtmək üçün:
200 qram qatılaşdırılmış süd,
125 qam südlü şokolad,
125 gram bitter şokolad.
1 çimdik duz,

Hazırlanması:
Fırını 160 dərəcəyə yaxın qızdırın.
Böyük ölçülü , ortası deşik bir yuvarlaq keks qəlibini yaxşıca yağlayın.
2 şorba qaşığı kakao ilə hər tərəfini qapayın və artığını silkələyin.
Orta boy bir kasaya 100 qram kakao və qaynar su qoyun, çırpma teli ilə möhkəm çırpın.
10 dəqiqə gözlədin.
İçinə bir gün əvvəlcədən süzülmüş qatığı əlavə edin. (Süzmə qatıq tercih etməyin, dadını azaldacaqdır, süzülmüş təzə qatıq istifadə etməyiniz önəmlidir.).
Təkrar normal bir qarışıq əldə edincəyə qədər qarışdırın.
Böyük bir kasaya un, qabartma tozu, duz və soda qoyun, çırpma teli ilə qarışdırın.
Başqa bir kasada kərə yağı və şəkəri köpük -köpük olana dək çırpın, vanilin qoyun, yumurtaları tək -tək əlavə edin.
Unlu qarışıq ilə kakaolu qarışığı yumurtalı qarışığa əlavə edin, şokoladı əlavə edin və hazırladığınız keks qəlibinə tökün.
1 saat 15 dəqiqə bişirin, fərqli fırınlarda zamanlarda fərqli ola bilər.
O üzdən ən yaxşı yöntəm kürdan testi etməkdir.
Fırından çıxartdığınız keksi 15 dəqiqə qədər ızgara üzərində gözlədib sonra qəlibdən çıxardın.
Tamamən soyuduqdan sonra sos ilə hər tərəfini örtün.
Üzərini arzu edilən şəkildə süsləyin.

Kreminin hazırlanmaşı:
Südü qaynadın.
Altını qapatın.
Şokoladları kiçik parçalara ayırın və qaynar süd kremasının içinə ataraq əridin.
Sonra duz əlavə edin və 15 dəqiqə gözlətdikdən sonra keksin üzərini örtmək üçün axıdın.
Kremayla örtülən keksi soyuducuda 1 saat və ya otaq temperaturunda 3 saat saxlayıb servis edin.

Nuş olsun!
loading...
  • 2-08-2016, 04:00
  • 2440
  • 2
Offline
  • Şərh №: 2
  • 8 iyun 2018 05:33
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1526
Order Propecia Online Usa cialis without prescription Achat Misoprostol France Is It Safe Amoxil Aspirin Propecia 0.4 Mg

--------------------
Offline
  • Şərh №: 1
  • 8 mart 2017 22:20
  • Xəbər sayı: 7
  • Şərh sayı: 151
men evde basqa usulla edirem

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər