Özəl:

Mini alman tortu



Mini alman tortu
Tərkibi:
xəmir:

2 ədəd yumurta
1st.şəkər tozu
1st.süd
1st.bitki yağı
1st.su
10 qram maya
1 x.q.mahlep
5 st.un
1ədəd vanil

krem:
4st.süd
5 x.q.un
1st.şəkər tozu
1 ədəd vanil
1 ədəd krem-şanti
2 ədəd banan

Üzərinə:
Pudra şəkəri

Mini Alman tortunun hazırlanması:
Xəmiri hazırlamaq üçün quru ərzaqları bir qaba töküb qarışdırın.Unu təpələyib ortasında çala açın, süd, isti su və bitki yağın əlavə edin. Yumurtaları qırdıqdan sonra xəmiri yoğurmağa başlayın.Yaxşıca yoğurduqdan sonra üzərini örtüb, yarım saat mayalanmasını gözləyin.

Mayalandıqdan sonra istədiyiniz böyüklükdə dairələr düzəldin və yağlı kağız sərdiyiniz sinilərə düzün.
15 dəqiqə gözləyəndən sonra 180 dərəcədə öncədən isitdiyiniz sobada bişirin. Hazır olandan sonra qoyun soyusun.

Krem hazırlamaq üçün vanil və krem ​​şanti xaric, bütün ərzaqları qazana tökün. Davamlı qarışdıraraq
bişirin. Ocaqdan götürdükdən sonra ara-ara qarışdırmağa davam edin. Soyuduqdan sonra vanil və
krem şantini əlavə edib mikserlə çalın.

Bişən xəmirləri iki yerə bölüb aralarına krem çəkib,dilimlənmiş bananları üzərinə düzün.Ən sonda isə üzərinə pudra şəkəri səpin.

Nuş olsun!
Offline
  • Şərh №: 3
  • 21 mart 2017 13:06
  • Xəbər sayı: 17
  • Şərh sayı: 140
Mahleb ne aceba?pff

--------------------
Offline
  • Şərh №: 2
  • 8 mart 2017 19:32
  • Xəbər sayı: 7
  • Şərh sayı: 151
cox gozel görünür ama mahlep ne anlamdim
Offline
  • Şərh №: 1
  • 20 iyul 2016 13:46
  • Xəbər sayı: 1
  • Şərh sayı: 58
HER ZAMANKİ KİMİ YENE DE MARAQLİ İDİ BU HEKAYENİ OXUYANDA ELE BİLİREM Kİ QISA OLARAQ SERİALA BAXRIAM YƏNİ GÖZÜMÜN ÖNÜNDƏ CANLANIR SANKİ

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər