Özəl:

Gilasla trüfelli tart



Gilasla trüfelli tart
Tərkibi (4-6 pay):
xəmir:

150 q un
50 q kakao
1 çimdik duz
0,5 ç.q. qabartma tozu
2 ç.q. şəkər tozu
90 q soyuq kərə yağı
1 yumurta

iç:

150 q şəkər tozu
140 q su
200 q tünd şokolad
135 q kərə yağı
3 yumurta
20 q un

bəzək:
gilas
kakao

Hazırlanması:

Un, qabartma tozu, duz, kakao və şəkər tozunu qarışdırın. Kubik doğranmış soyuq yağı əlavə edib ovuntuq halına salın (mikserlə etmək daha yaxşıdır, bu zaman yağ əlinizin istisindən əriməz). Yumurta qırıb əlüstü xəmir yoğurun (yenə də çox yoğurmaq olmaz, yağ əriyərsə, bişəndə çox bərk alınar). Soyuducuda yarım saat saxlayın.
Soyumuş xəmiri perqamentin üzərində yayıb formanın içinə döşəyin. Artığını formanın kənarından oxlovla keçməklə kəsin. Üzərinə perqament döşəyib yük qoyun (məsələn, lobya). Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. (Sobanı əvvəlcədən qızdırmaq vacibdir). Sobadan çıxarıb yükü götürün, tartı soyudun.
Bu müddətdə içi hazırlayın. Tayqulpa şəkər tozu və su töküb orta itilikli ocağın üstünə qoyun. Qaynara düşənədək arada qarışdırın. Xırdalanmış şokolad əlavə edib əriyəndə yağ qatıb yaxşıca qarışdırın. Parıldayan kütlə alınacaq. Ocaqdan götürün. Soyudun, qarışdıraraq unu hissə-hissə əlavə edin. Yumurtaları mikserlə çalıb soyumuş kütləyə əlavə edin.
Bu kütləni tartın içinə töküb 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Bişdikdən sonra soyudun. Üzərinə kakao səpib gilas düzün.

Nuş olsun!
loading...
Offline
  • Şərh №: 1
  • 23 iyul 2016 00:44
  • Xəbər sayı: 17
  • Şərh sayı: 119
Biraz çetindir...

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər