Özəl:

Şokoladlı bananlı tort resepti



Şokoladlı bananlı tort resepti
Biskvit üçün:
Qatılaşdırılmış süd – 1 banka
Yumurta – 2 ədəd
Kakao – 3 x.q.
Un – 8 x.q.
Soda – 1 ç.q.
Duz – 0,5 ç.q.

Krem üçün:
Xama (yüksək yağlı) – 300 qr.
Banan – 1 ədəd
Qatılaşdırılmış süd – 1 banka

Qlazur üçün:
Süd – 3 x.q.
Şokolad – 100 qr.

Hazırlanması:
Dərin bir qabda yumurtalar çalınır, üzərinə duz əlavə edilir. Sonra qatılaşdırılmış süd, un, kakao, soda bura əlavə edilir, qaşıqla qarışdırılır. Forma yağlanır (diametri 26-29 sm.), perqament kağız sərilir, xəmir bura boşaldılır. 200 dərəcə temperaturda 20-25 dəqiqə bişirilir. Bisvkitin hazır olmasına özünüz, kibrit çöpü vasitəsilə nəzarət etməlisiz.

İndi kremi hazırlayaq. Qatılaşdırılmış südlə xama mikserdə çalınır. Üzərinə sürtgəcdən keçirilmiş yarım ədəd banan tökürsüz və yenə qarışdırırsız.

Biskvit bir qədər soyudusa, onu səliqə ilə 2 korja ayırırıq. Birinci korjun üzərinə bol krem sürtürük. Banan dilimləri düzürük. 2-ci korju da qoyub, yenə bol krem yaxılır, banan dilimləri düzülür. Biskvit qırıntıları varsa, onları da tortun üzərinə səpirik.

Qlazuru hazırlayaq. Su hamamında şokoladı əridirik, üzərinə 3 x.q. südü töküb qarışdırırıq. Alınan qarışığı tortun üzərindən axıdırıq. Desert hələ yeyilməyə hazır deyil, onu ən azı 2-4 saat soyuducuda saxlamalıyıq ki, tortun şokoladı, kremi bərkisin. Daha sonra ləzzətli deserti dilimləyib çay ilə içmək olar.
 
Nuş olsun!


Offline
  • Şərh №: 3
  • 8 mart 2017 22:13
  • Xəbər sayı: 7
  • Şərh sayı: 151
mmmm ayy adamin istahi acir eelap
Offline
  • Şərh №: 2
  • 7 sentyabr 2016 19:51
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Yəqin ki dadlı olar tşk

--------------------
Offline
  • Şərh №: 1
  • 7 sentyabr 2016 19:28
  • Xəbər sayı: 0
  • Şərh sayı: 12
Mmm dadli görünür

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər