Özəl:

Qaymaqlı eklerlər: Dadlı pirojnanın asan resepti



Qaymaqlı eklerlər: Dadlı pirojnanın asan resepti
Ərzaqlar:
Kərə yağı – 100 qr.
Un – 250 qr.
Maskarpone pendiri – 250 qr.
Qaymaq 20%-li – 100 ml.
Yumurta – 4 ədəd
Duz – 0,5 ç.q.
Qənd kirşanı – 120 qr.
Su – 250 ml.

Hazırlanması:
Qazanda su qaynadılır, bura yumşaldılmış kərə yağı və duz qatılıb qarışdırılır və qaynara düşənə kimi gözləyirik. Qazanı oddan götürüb, bura unu ələyir və yaxşıca qarışdırırıq. Bərabər qarışdırılmış, qazanın divarlarından rahat qopan və hamar xəmir alınmalıdır.
Yumurtalar ayrıca qabda çalınır, xəmirin ortasına yuva açıb, yumurta kütləsini qaşıqla xəmirə əlavə etdikcə xəmir qarışdırılır, bir daha yumurta ilə yoğrulur. Bu dəfə bir az duru xəmir alınacaq.
Xəmiri konditer şprisi və ya bərk salafana doldurub ucunu konus edib kəsməklə soba üçün formaya xəmirdən ekler formaları salın. Formaya mütləq perqament kağızı salın.
Pirojnalar 200 dərəcədə 30 dəqiqə bişirilir. Eklerlər yaxşıca qabarmalıdır. Bişən müddətdə sobanın qapağını açmaq olmaz. 30 dəqiqə sonra söndürün, lakin eklerləri hələ də sobanın içində saxlayın ki, yaprıxmasın.
Krem hazırlanır: Maskarpone, qənd kirşanı və qaymaq birlikdə mikserdə eyni vaxtda zəif dərəcədə çalınır. Bərabər kütlə alınmalıdır.
Krem 15 dəqiqəlik soyuducuda saxlanılır. Bu müddətdə eklerlər tam soyuyur. Kremi şprisə doldurub, eklerin böyründən deşik açıb, içinə doldurun. Və ya eklerin yanından kəsib aralayaraq kremi yayın.
Hazır eklerlərin üzərinə qənd kirşanı səpin.

Nuş olsun!
Offline
  • Şərh №: 2
  • 8 mart 2017 22:17
  • Xəbər sayı: 7
  • Şərh sayı: 151
görünüşü bele adama bess eder
Offline
  • Şərh №: 1
  • 2 iyul 2016 13:58
  • Xəbər sayı: 1
  • Şərh sayı: 58
yene hemiseki kimi maraqli idi davami gelsin..

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər