Özəl:

Qaragilə mussu ilə şokoladlı tort resepti



Qaragilə mussu ilə şokoladlı tort resepti
Tərkibi (6 pay): 
biskvit: 

130 q un
160 q şəkər tozu
55 q kakao
1 ç.q. soda 
0,5 ç.q. qabartma tozu
1 çimdik duz
120 ml qatıq 
60 ml bitki yağı
1 iri yumurta
120 ml təzə bişirilmiş qaynar qəhvə 
(qəhvədən başqa bütün ərzaq otaq temperaturunda olmalıdır )

muss:

450 ml 33-35% çalınmış qaymaq 
750 q qaragilə (dondurulmuşdursa, donunu açıb şirəsini süzün)
0,5 limonun şirəsi 
150 q şəkər tozu
20 q toz jelatin (5 ç.q.) yaxud 5 yarpaq jelatin 

Hazırlanması:
Biskvit: 

Qatıq, yağ və yumurtanı qarışdırın. Quru ərzağı qarışdırıb qatıqlı kutləyə əlavə ədin. Əlüstü qarışdırıb qaynar qəhvəni əlavə edin və eynicinsli kütlə alınanadək çalın. 
Xəmiri 20 sm diametrli formaya töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin (diş çöpü ilə yoxlayın).
Soyudun. Üzərində qabarma varsa, kəsib hamarlayın. Biskviti iki bərabər yerə bölün. 

Muss:

Jelatini qablaşdırmasında göstərilən qaydada isladın. 
Giləmeyvəni püre halına salın. Qazana qoyub şəkər tozu və limon şirəsi əlavə edin, şəkər tozu əriyənədək qızdırın (qaynatmayın). Şişmiş jelatini qaynar qaragilə qarışığına əlavə edib yaxşıca qarışdırın. Otaq temperaturunadək soyudun, çalınmış qaymaqla qarışdırın. 
Kənarı açılan 23 sm diametrli formanın içinə perqament döşəyin. Biskvitin bir layını qoyun. Mussun yarısını əlavə edin. Soyuducuda, yaxud dondurucuda bərkiyənədək saxlayın. Sonra ikinci biskvit layını qoyub mussun qalanını üzərinə tökün. Bir neçə saat (bərkiyənədək) soyuducuda saxlayın. 
Hazır tortun üzərini zövqə görə bəzəyin. 

Nuş olsun!
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər