Özəl:

Jeleli mühəlləbi resepti



Jeleli mühəlləbi resepti
Tərkibi:
1 litrə süd,
1 su stəkanı şəkər tozu,
2 parça damla sakkızı,
1 paket vanilin,
4 yemək qaşığı un,
1 paket çiyələkli jele,
200 q meşə meyvələri,

Bəzəmək üçün:

krem,
Nanə yarpağı

Hazırlanması:

Meyvə jeleli mühəlləbi pratik yemək tərifləri arasında xüsusi bir yerə sahibdir.
Süd, şəkər, vanilin, damla sakkızı və unu bir qazanda orta atəşdə mühəlləbi qatılığına gələnə qədər bişirin.
Ocaqdan alıb stəkana yaxud da kasaların 3\4-nü doldurub soyuducuda soyudun.
Jeleni paketin üzərindəki qaydada hazırlayın.
Meyvələri mühəlləbilərin üzərinə yerləşdirin.
Jeleni üzərinə əlavə edin və təkrar soyuducuya qoyun.
Jele donana qədər gözləyin.
Sonra üzərini krem və nanə yarpağı ilə bəzəyib servis edin.

Nuş olsun!
loading...
  • 6-06-2016, 13:00
  • 653
  • 0

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər